Icma.az
close
up
RU
Diqqət! Təklifim var TOPU AYAQLA YOX, ƏLLƏ OYNAYAQ

Diqqət! Təklifim var TOPU AYAQLA YOX, ƏLLƏ OYNAYAQ

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünən futbol üzrə Azərbaycan millisi daha bir tarixi nəticəyə imza atdı. Yığmamız səfərdə İsveç qarşısında aciz qaldı – 0:6.

Skandinaviyalılar komandamızı təntənəli şəkildə D Liqasına yolladı. Day gedib öz “dişimiz”ə görə rəqiblərlə mübarizə aparacağıq.

D Liqasına düşməmək üçün tək şansımız dünənki oyunda qələbə qazanmaq idi. İki əsas müdafiəçisi (red. Viktor Lindelöf, İsak Hien) heyətdə olmayan rəqibə ən azı bir qol vuracağımızı düşünmək olardı. 

Amma həmin görüşlə bağlı cəmi iki hadisə yadımdadır. Biri Rza Cəfərovun penaltini dəf etməsidir ki, həqiqətən də baxımlı qurtarış idi. Digəri isə Nəriman Axundzadənin qazandığı şansdır. Topu saxlaya bilsə, böyük ehtimalla qol vuracaqdı.

Amma “Qarabağ” kimi komandanın hücumçusunun top qəbulu sadəcə fiasko idi. Hətta isveçli rejissorlar epizodu dəfələrlə göstərib, ardınca Aleksandr İsakın top qəbulunu göstərirdilər. Sanki aradakı fərqi gözümüzə “soxurdular”.

Nəysə… Əslində deyəcəyim sözlər öyrəşdiyimiz şablon məsələlər deyil. 

Ciddi təklifim var. Millət olaraq bir idman növü seçək, məsələn, mənim təklifim basketboldur. Ölkədə onun kulturasını yaradaq. Yeni gələn nəsil hər yerdə basketbol haqda bir şey görsün. Hər məhəllədə basketbol meydançası salınsın (Türkiyə üsulu). Media olaraq gücü verək basketbolu işıqlandırmağa.

Futbol alınmadı. Oynaya bilmədik. Qəbul edək, bu məsələni birdəfəlik bağlayaq. Federasiya və dövlət siyasəti olaraq həvəskar şəkildə yanaşaq futbola. Milyardlarla ayrılan pulların yarısını basketbola xərcləyək, duraq qıraqda. Litva kimi. Nəticədə uşaqlarımız da boylu-buxunlu olar. Futbol dünya brendidir, buna söz yox. Amma basketbol da öz kulturası, böyük azarkeş kütləsi olan idmandır. Amerikanı demirəm heç, Serbiya, Yunanıstan kimi ölkələrə baxın. Baxmamısızsa, mütləq baxın görün adi liqa oyunları necə möhtəşəm keçir. Yoxsa ki, yapışmışıq futboldan. Heç “Neftçi” – “Qarabağ” oyununda stadionda normal atmosfer olmur. Makmimum bir-iki fakel, azarkeşlərin qarşıdurması, meydanda yüngül mübarizə… 

Demirəm ki, futbolu bir dəfəlik silək. Yox, sadəcə gözləntilərimizi minimuma endirək. Daha bu barədə çox düşünməyək. Uzun vədəli planlaşdırma filan, nə olar olar. Gözləntimiz olmadan yaşayaq. Üstünə əsib, əsəbiləşməyin adı yoxdur. Santuş da sözün əsl mənasında ölənə kimi millidə qalsın. 

Əvəzində bölgələrə uyğun iş aparmaq lazımdır. Mingəçevirdə kanoe və avarçəkmə təbliğatı yüksək səviyyədədir. Oradakı idman adamlarının, həmkarların necə çalışdığının canlı şahidiyəm. Hər il reqatalar, müxtəlif turnirlər, beynəlxalq yarışlar keçirilir. Mingəçevirə yollanarkən yeniyetmə və gənclərin necə həvəslə yanaşdığını görürəm. Kanoe və avarçəkmə şəhər əhalisinin sevimli idmanına çevrilib. Bəlkə gücümüzü bu idman növünə versək, 10 ildən sonra dünya səviyyəsində idmançılarımız olacaq. 

Qusarın voleybol şəhəri olduğunu bilməyənlərin də sayı yəqin ki, çoxdur. Həmin şəhərdə hər il jurnalistlər üçün turnir də keçirilir. Futboldan öncə gücümüzü 2-3 il voleybola verdik, gördüz nələr yaşandı? Milli komanda, “Azərreyl” daim ən yüksək yerlər uğrunda mübarizə aparırdı. Bu, hələ futbola yatırılan məbləğin çox kiçik bir qismi idi. Amma həmin layihə də dayandı. Əvəzinə pullar yenidən futbola yönəldildi. 

İdmanda üzümüzün gülməyini istəyiriksə, futbolla bağlı gözləntilərimizi geriplana atmalıyıq. Başqa çarəmiz yoxdur…

Kroos üçün əlamətdar görüş Darmadağın məğlubiyyətdən sonra erməni baş məşqçi ilə yollar ayrıldı “Barselona”dan “Betis”ə Asensio “Liverpul”un hədəfində “Qəbələ”nin legioneri: “Premyer Liqada qalacağımıza inanırıq" - Müsahibə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://apasport.az
archiveBu xəbər 27 May 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri