“Diqqət, uşaqlar!” aylığına yekun vurulub
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Daxili İşlər Nazirliyinin göstərişinə əsasən respublika üzrə keçirilən “Diqqət, uşaqlar!” adlı hərəkətin təhlükəsizliyi aylığına yekun vurulub.
Baş Dövlət Yol Polisi İdarəsi və ərazi polis orqanlarının yol polisi qurumları tərəfindən aylıq çərçivəsində silsilə tədbirlər həyata keçirilib, görülən işlərlə bağlı vaxtaşırı məlumatlar yayımlanıb.
Elm və Təhsil Nazirliyinin aidiyyətli qurumları ilə birgə - pedaqoqlar, valideynlər və media nümayəndələri cəlb edilməklə 200-dən çox təhsil ocağında keçirilən görüşlər təhlükəsizlik aylığının əsas leytmotivini təşkil edib.
Təkcə Abşeron-Xızı RTİ-nin və Baş Dövlət Yol Polisi İdarəsinin təşkilatçılığı ilə 2000-dən çox şagiridin cəlb edildiyi görüşlərdə təhsilalanlara yol hərəkəti təhlükəsizliyi ilə bağlı geniş məlumat verilib, onların sualları cavablandırılıb, əyani vəsaitlər, eləcə də məktəblilərin hazırladıqları səhnəciklər nümayiş olunub.
Görüşlərdə çıxış edən DYP təmsilçiləri tərəfindən şagirdlərin yol hərəkəti qaydaları ilə bağlı öyrəndikləri biliklərin hər zaman onların köməyinə çataçağı vurğulanıb, yollarda uşaq travmatizminin minimuma endirilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hər zaman zəruri addımlar atıldığı qeyd olunub.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 09 Oktyabr 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















