Icma.az
close
up
RU
DİQQƏT: Uşaqlar oruc tuta BİLMƏZ Bu səbəbdən

DİQQƏT: Uşaqlar oruc tuta BİLMƏZ Bu səbəbdən

Icma.az bildirir, Bizim media portalına istinadən.

Sosial şəbəkədə uşaqların oruc tutmasının tibbi baxımdan doğru olmadığı  və məktəblərdə oruc tutmaqla bağlı təbliğat aparıldığı haqda fikirlər yer alıb. Belə ki, tanınmış həkim Aydın Əliyevin “son vaxtlar təəssüflər olsun ki, uşaqlar arasında oruc tutmaq hətta məktəblərdə belə təbliğ edilir və tutmayanlara qarşı sanki bir təpki göstərilir, əksər uşaqlar basqı altında oruc tutur” fikirləri təpki ilə qarşılanıb. Təhsil ekspertləri bu fikirlərin doğru olmadığını bildirib.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan ekspert Elşən Qafarov bildirib ki, bu paylaşımda yalnız uşaqların, məktəblilərin oruc tutmasının onları zəiflətməsi fikri ilə razıdır. Digər fikirləri isə yanlışdır: 
“Mən həkimin sözləri ilə razı deyiləm. Məktəblərdə oruc tutmaqla bağlı hər hansı təbliğatın getdiyinə inanmıram. Bu gün cəmiyyətimizdə, ailələrdə oruc tutanların sayı artdığı üçün uşaqlar da onlara baxıb oruc tuturlar. Amma valideynlər bilməlidirlər ki, uşaqların inkişaf dinamikası, onların fizioloji xüsusiyyətləri, məktəbdə və məktəbdən sonrakı saatlarda həddən artıq dərslə yüklənməsi böyük enerji itkisidir və uşaqların oruc tutması ən azı tədris prosesi dövründə onların sağlamlığına ciddi təsir göstərir. Xatırlayırsınızsa, bir qədər əvvəl oruc tutan uşaqlardan biri başgicəllənməsi nəticəsində binadan yıxılaraq dünyasını dəyişdi. Ona görə də, bu məsələyə valideynlər xüsusi diqqət eləməlidirlər”.
Ekspert qeyd edib ki, cəmiyyətdə baş verən və doğru olmayan bütün hadisələri məktəbin ayağına yazmaq olmaz:
“Ola bilər şagird fiziki cəhətdən sağlam görünə bilər. Amma onlar tədris prosesində - istər məktəbdə olduğu vaxtda, istər məktəbdən sonrakı vaxtda, repetitor yanında həddən artıq enerji itirirlər. Üstəlik indi yaz aylarıdır. Uşaqların orqanizminin vitaminlərə ehtiyacı olduğu zamandır. Yəni hamımız bilirik ki, bu, inkişaf dövründə xüsusi dönəmdir. Bu mənada onların oruc tutmasını mən də məqsədəmüvafiq hesab etməzdim.
Amma bu məsələdə məktəbi günahlandırmaq doğru deyil. Məktəblərimizdə heç bir dini təbliğat aparılmır. Bu məsələyə xüsusi qurumlar, hüquq-mühafizə orqanları həkimin düşündüyündən də qat-qat ciddi nəzarət edirlər. Bu baxımdan həmin fikir absurd, məntiqsizdir. Bəli, təhsilimizdə ciddi problemlər var. Onları biz də  bilirik. Amma baş verən hər şeyi, haqlı-haqsız  məktəblərin üstünə yıxmaq bu, doğru yanaşma deyil. Yaxşı olar ki, həmin həkim bunu yox, uşaqların sonuncu dəfə nə zaman dispanserizasiyadan keçdiyini araşdırsın”.
Rəna Cumaqızı, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:272
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Mart 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri