Icma.az
close
up
RU
Diqqətli olun: Chrome vasitəsi ilə kompüteriniz ələ keçirilə bilər

Diqqətli olun: Chrome vasitəsi ilə kompüteriniz ələ keçirilə bilər

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hakerlər "Google Chrome" vasitəsilə kompüterləri uzaqdan ələ keçirməyin yeni yolunu tapıblar. 

Qaynarinfo xəbər verir ki, kibertəhlükəsizlik şirkəti "SquareX"in hesabatına görə, onlar "Chrome" brauzerindən istifadə edərək cihazlara müdaxilə etməyə imkan verən yeni bir üsul inkişaf etdiriblər.

Şirkət bu çoxmərhələli kiberhücumu "brauzer sinxronizasiyasının ələ keçirilməsi" (browser syncjacking) adlandırır.

"Chrome" profilinin oğurlanması

Bu hücum sosial mühəndisliyə əsaslanır. Yəni hakerlər əvvəlcə istifadəçini aldadaraq zərərli "Chrome" genişləndirməsini yükləməyə sövq edirlər. Bu genişləndirmə adətən faydalı bir alət kimi təqdim olunur və hətta rəsmi "Chrome Web Mağazası"ndan yüklənə bilir. Üstəlik, çox az icazə tələb etdiyi üçün etibarlı görünür.

"SquareX"ə görə, bu hücumun ən təhlükəli tərəfi budur ki, genişləndirmə həqiqətən vəd etdiyi kimi işləyir. Bu səbəbdən istifadəçi fırıldaqçılığın qurbanı olduğunu anlamır.

Lakin arxa planda başqa bir proses gedir: genişləndirmə, hakerlərin əvvəlcədən yaratdığı idarə olunan "Google Workspace" profilinə qoşulur. İstifadəçi fərqində olmadan bu profilə daxil olur. Daha sonra, istifadəçi "Google"un rəsmi dəstək səhifəsinə yönləndirilir, lakin bu səhifə hakerlər tərəfindən dəyişdirilmiş məzmun ehtiva edir. Burada istifadəçidən profilini sinxronizasiya etməsi tələb olunur.

Əgər istifadəçi sinxronizasiyanı qəbul edərsə, bütün brauzer məlumatları - saxlanılmış şifrələr, keçmiş axtarışlar, avtomatik doldurma məlumatları - hakerin idarə etdiyi profilə ötürülür. Nəticədə, haker bu profili öz cihazında açaraq bütün həssas məlumatlara çıxış əldə edir.

"Chrome" brauzerinin ələ keçirilməsi

Bu mərhələyə qədər haker onsuz da kifayət qədər məlumat əldə edir. Lakin "browser syncjacking" metodu ilə o, daha da irəli gedə bilər.

"SquareX" bunun necə baş verdiyini "Zoom" nümunəsi ilə izah edir. Zərərli "Chrome" genişləndirməsini quraşdıran haker qurbanı rəsmi, lakin dəyişdirilmiş bir "Zoom" veb səhifəsinə yönləndirir. Bu səhifədə istifadəçiyə təcili yeniləmə yükləməsi tövsiyə olunur. Lakin endirilən fayl əslində icra edilə bilən (.exe) bir fayldır və bu fayl hakerin "Google Workspace" hesabından göndərilən "Chrome" brauzer qeydiyyat jetonunu cihazınıza yükləyir.

Bu mərhələdən sonra haker istifadəçinin "Google Drive" panosu (clipboard), e-poçtları və digər həssas məlumatlarına çıxış əldə edə bilir.

Cihazın ələ keçirilməsi

"Browser" "syncjacking" hücumu yalnız "Chrome" brauzerini deyil, bütün cihazı ələ keçirmək üçün də istifadə oluna bilər.

Bunun üçün hakerlər eyni üsulla, məsələn, saxta "Zoom" yeniləməsi ilə "Chrome"un "Native Messaging" protokolundan istifadə edərək sistem qeydiyyatına (registry) giriş əlavə edə bilirlər. Bu üsul vasitəsilə zərərli genişləndirmə ilə istifadəçinin cihazı arasında birbaşa əlaqə yaradılır. Beləliklə, hakerlər "Chrome" genişləndirməsi vasitəsilə kompüterə komanda göndərə bilirlər.

Bundan sonra haker nə edə bilər? İstədiyi hər şeyi...

* İstifadəçinin fayllarına və sistem ayarlarına tam giriş əldə edə bilər.

* Arxa qapılar (backdoor) əlavə edə, şifrələri və kriptovalyuta cüzdanlarını oğurlaya bilər.

* Çərəzləri (cookies) əldə edərək hesablara icazəsiz daxil ola bilər.

* Kameranı və mikrofonu idarə edərək istifadəçini izləyə bilər.

* Klaviatura girişlərini qeyd edərək parolları və məxfi məlumatları toplaya bilər.

Necə qorunmaq olar?

"Browser syncjacking" hücumu çox təhlükəli və çətin aşkarlanan bir üsuldur. Hazırda bu hücumdan qorunmağın ən yaxşı yolu:

* Yüklədiyiniz fayllara diqqət etmək,

* Yalnız rəsmi və etibarlı "Chrome" genişləndirmələrini istifadə etmək,

* Şübhəli e-poçtlara və mesajlara klikləməmək,

* Brauzerinizin icazələrini mütəmadi yoxlamaqdır.

İnternetdə təhlükəsiz qalmaq üçün hər zaman ehtiyatlı olmaq vacibdir!

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:339
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Fevral 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri