Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

Milli dirçəlişdən milli müstəqilliyə gedən yol

Milli dirçəlişdən milli müstəqilliyə gedən yol

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

17 Noyabr – Milli Dirçəliş Günü xalqımızın azadlıq mübarizəsi tarixində əlamətdar günlərdən biridir. Azərbaycanın müstəqilliyinin bərpa edilməsi tarixi ədalətin bərpası və işğal nəticəsində silinmiş tarixi nailiyyətimizin xalqa qaytarılması demək idi.

17 noyabrın mənəvi əsasları, əslində, ötən əsrin 20-ci illərindən, ilk müstəqil respublikamızın sovet imperiyası tərəfindən işğalından sonra daim gündəlikdə olan məsələ idi. Beynəlxalq sistemə yenicə inteqrasiya etməyə başlamış Şərqin ilk respublikası beynəlxalq imperializmin basqılarına tab gətirməyib süqut etsə də, xalq heç zaman on minlərlə qurbanın hesabına qazandığı müstəqillikdən imtina etmək fikrində deyildi. Odur ki, sovet əsarətinin mövcud olduğu bütün onilliklər ərzində ən qəddar repressiyalara məruz qalmasına baxmayaraq, xalqımız azadlıq mübarizəsini müxtəlif formalarda davam etdirirdi. 1970-1980-ci illərdə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli müstəqillik ideyalarına qarşı repressiyaların qarşısı alındı. Sovet ideologiyasının sərt qadağalarına baxmayaraq xalqa sağlam ruh və milli özünüdərk məfkurəsini aşılayan Heydər Əliyev siyasəti milli-mənəvi dəyərlərin qorunması, elmin və mədəniyyətin dirçəlişi üzərində qurulmuşdu. Onun rəhbərliyi dövründə Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişdirildi. Ulu Öndərin respublikada yaratdığı bu mənəvi, ideoloji və iqtisadi baza təxminən 20 il sonra Sovetlər Birliyinin süqutu zamanı xalqın dayağı oldu.

1988-ci ildə erməni separatçılarının Topxana meşəsində törətdikləri vəhşiliklər və Ağdamda iki azərbaycanlının qətlə yetirilməsi Bakıda milli hissləri daha da alovlandırdı. O zamandan başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Həmin ilin noyabrın 17-də Bakının Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə, həmçinin faşizm ideologiyası ilə silahlanmış ermənilərin torpaqlarımızda törətdiyi vəhşiliklərə, soydaşlarımızın amansızlıqla qətlə yetirilməsinə və Ermənistandan kütləvi surətdə deportasiya edilməsinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin müddətsiz mitinqləri başlandı. Azadlıq Meydanına axışan xalq kütlələri 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraza qalxdı. Qüdrətli xalq hərəkatının əzəməti Respublikamızın bütün şəhər və rayonlarını bürüdü. Dekabrın 4-dək davam edən mitinqlər SSRİ-də ən irimiqyaslı kütləvi etiraz aksiyası idi. İmperiya mərkəzi Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan edərək, SSRİ-in Daxili Qoşun Qüvvələrini Azadlıq meydanına yeritməklə dekabrın 3-dən 4-ə keçən gecə vətəndaşların dinc etiraz mitinqini dağıtdı. Mitinqlər dayandırılsa da, xalq imperiya təcavüzünə qarşı kütləvi milli müqavimətin yeni örnəyini yaratdı. 17 noyabr bir daha göstərdi ki, azadlıq ruhuna hakim olan və müstəqillik yolunda bütün çətinliklərə sinə gərməyə hazır olan xalqı artıq müstəmləkə əsarətində saxlamaq mümkün olmayacaq. Noyabrın 17-dən başlayan Meydan hərəkatı milli müstəqillik mübarizəmizin epiqrafına çevrildi və bir neçə il sonra qazanılacaq dövlət müstəqilliyinin təməlini qoydu.

Lakin 1988-ci ilin Xalq hərəkatı dalğalarında Azərbaycana rəhbərlik edən siyasi qüvvələr mövcud vəziyyəti düzgün qiymətləndirə bilmədi. Xalqın maraqlarından daha çox özlərinin siyasi karyera maraqlarını düşünən və hələ də imperiyanın təlimatlarına uyğun davranan “siyasətçilərin” milli mübarizə ruhundan uzaq olması xalqımıza qarşı 1990-cı ilin 20 Yanvar faciəsinin baş verməsi ilə nəticələndi. O zaman hakimiyyətdə bir-birini əvəz edən kommunist və cəbhəçi siyasətçilərin xalqın dirçəliş və oyanışını mütərəqqi səmtə yönəltmək iqtidarında olmadığını dərk edən xalq yenə də Heydər Əliyevə üz tutdu. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetində yeni tərkibdə keçirilən ilk sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət Bayrağı kimi qəbul edildi və bununla əlaqədar Azərbaycan Ali soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli müstəqilliyə və milli tərəqqiyə uzanan yolun başlanğıcı qoyuldu.

1991-ci ilin martında Azərbaycan SSRİ Ali Sovetinin iclasında çıxış edən Heydər Əliyev gələcək mübarizə və inkişaf yolunu belə müəyyən etdi: “Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır”. Heydər Əliyev bütün həyatı boyu bu müqəddəs amala sadiq qaldı, xalqın və Vətənin istiqlalı uğrunda fədakarlıqla mübarizə apardı və nəhayət bəyan etdi: “Müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır”.

Ulu Öndər Heydər Əliyevin dövlətçilik missiyasını uğurla davam etdirən Prezident İlham Əliyev 5 il əvvəl Milli Dirçəliş Günü ərəfəsində milli mübarizə tariximizin ən parlaq səhifəsinə imza ataraq bütün dünya üçün mümkünsüz görünəni mümkün etdi. Məhz onun rəhbərliyi altında yaranmış rəşadətli Azərbaycan Ordusu təqribən 30 illik əsarətdən sonra torpaqlarımızı erməni işğalından azad edərək dövlətimizin ərazi bütövlüyünü təmin etdi və xalqımızın milli qürurunu özünə qaytardı. Dəmir Yumruq ətrafında sıx birləşmiş xalqımızın milli həmrəyliyi bütün dünyaya göstərdi ki, heç bir qüvvə xalqımızın azadlıq və müstəqillik iradəsini sındıra bilməz. Sarsılmaz milli həmrəylikdən doğan bu gücün xalqımıza qazandıracağı daha böyük zəfərlər isə hələ qarşıdadır.

Cavanşir Feyziyev
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see296

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see281

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see232

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see202

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see201

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see198

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see195

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see190

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see190

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see189

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see188

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see187

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see186

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see186

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see183

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see183

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see182

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see181

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri