Icma.az
close
up
RU
Direktor niyə məktəbə gəlmir? Valideyn və müəllimlər narazıdır

Direktor niyə məktəbə gəlmir? Valideyn və müəllimlər narazıdır

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Füzuli rayonu Babı kəndində yerləşən şəhid Marks Hacıyev adına orta məktəbin bir qrup valideyn və müəllimi direktor İsrafil Əliyevdən narazıdırlar. 

Bu barədə valideynlər “Qafqazinfo”ya müraciətlərində bildiriblər. 

Onların sözlərinə görə, 2026-cı ilin fevralın əvvəllərində başlayan narazılıqların səbəbi direktorun öz adına rəsmiləşdirilmiş dərs saatlarını tədris etməməsi, məktəbə gəlmədən həm müəllim, həm də direktor kimi əməkhaqqı alması, eləcə də məktəbə verilmiş kompüter və printeri təhsil ocağından aparması ilə bağlı iddialar olub: “Həmin vaxt etiraz etmişdik. Daha sonra Füzuli Təhsil Sektorunun müdiri Ramella Məmmədova və digər məsul şəxslər müəllim kollektivi ilə görüş keçiriblər. Görüş zamanı direktorun dərslərə davam etmədən aldığı əməkhaqqının tutulması, həmçinin rəhbər kimi üzərinə düşən vəzifələri icra etmədiyinə görə işdən azad olunması tələbləri səsləndirilib. Sektor müdiri tərəfindən bildirilib ki, məktəb direktoruna yol verdiyi nöqsanları aradan qaldırması üçün müəyyən vaxt veriləcək, bu müddət ərzində vəziyyətdə dəyişiklik olmadığı təqdirdə isə onun işdən azad olunması məsələsinə baxılacaq”.

Şikayətçilərin sözlərinə görə, həmin müddətdən dörd aya yaxın vaxt keçməsinə baxmayaraq, İsrafil Əliyev yenə də dərslərə davamlı şəkildə gəlmir: “O, bir ay müddətinə xəstəlik vərəqəsi açdırır, daha sonra qısa müddət – təxminən 5-10 gün məktəbə gəldikdən sonra yenidən xəstəlik vərəqəsi götürür. İsrafil müəllimin aylarla məktəbə gəlməməsinə baxmayaraq, ona qarşı hər hansı tədbir görülmür. Bu vəziyyət isə məktəb kollektivi və valideynlər arasında narazılığın davam etməsinə səbəb olur və İsrafil müəllimin bu statusunu nə ilə qoruduğu barədə suallar doğurur”.

İddialarla əlaqədar Qarabağ Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Füzuli rayonu Marks Hacıyev adına Babı kənd tam orta ümumtəhsil məktəbinin direktoru İsrafil Əliyev hazırda səhhətində yaranmış problemlərlə əlaqədar ambulator müalicədə olmaqla əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə bülletendədir. Qeyd edirik ki, səsləndirilən iddialarla bağlı araşdırma aparılacaq”.

Lamiyə Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 İyun 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri