Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azərbaycan müəllimi” məlumat yayıb.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimin sosial şəbəkələrdə yayılan videolarda nümayiş etdirdiyi davranışlar və işlətdiyi ifadələr pedaqoji etika normalarına ziddir:
“Günay Məmmədovanın məktəbdə canlı yayımlar açaraq tədris prosesinə müdaxilə etməsi və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olması yolverilməzdir. Bu hallar və qanunvericiliyin tələbləri nəzərə alınaraq müəllimin əmək müqaviləsinə xitam verilib”.
İdarədən bu cür hallara qarşı qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini bildirilib.
Qeyd edək ki, G.Məmmədova məktəb direktorunun otağına daxil olaraq canlı yayım açmış və müxtəlif iddialar səsləndirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 26 Oktyabr 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















