“Diriliş Ertuğrul”a baxan şəxs infarkt keçirdi VİDEO
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda kişi türk serialı "Diriliş Ertuğrul"a baxarkən yaranan güclü həyəcan nəticəsində infarkt keçirib.
"Bakupost"un məlumatına görə, hadisə gecə saatlarında baş verib. Vəziyyəti pisləşən şəxs Medera Hospitalına müraciət edib.
Pasiyentin müalicəsində iştirak edən invaziv kardioloq Yunus Çelik bildirib ki, kişi xəstəxanaya güclü emosional gərginlikdən sonra yaranan infarkt şikayəti ilə gətirilib. O, təcili əməliyyata alınıb və ürək damarına stent qoyulub.
Pasiyent həkimə serialda izlədiyi bir səhnədən danışıb. O, Ərtoğrulun oğlu Osmanın öldürüləyəcəyini düşündüyü anlarda həddindən artıq həyəcanlandığını bildirib.
Y.Çelik qeyd edib ki, xüsusilə təzyiqdən əziyyət çəkən şəxslərdə güclü emosional gərginlik təzyiqin kəskin yüksəlməsinə səbəb ola bilər. Bu isə ürək damarlarında trombun yaranması və infarkt keçirməyə gətirib çıxara bilər.
Lalə Novruz, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 02 Noyabr 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















