Dırnaq dibində qızartı gizli xəstəliklərin əlaməti ola bilər Araşdırma
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-ın Rutgers Nyu-Cersi Tibb Məktəbinin araşdırması dırnağın dibindəki yarımayşəkilli ağ sahənin qızarmasının ürək çatışmazlığı, qaraciyər sirrozu və iltihablı revmatizm kimi ciddi xəstəliklərin erkən əlaməti ola biləcəyini göstərib.
Sherg.az xəbər verir ki, araşdırmada bu rəng dəyişikliyi ilə bağlı əvvəllər qeydə alınmış tibbi hallar təhlil edilib. Mütəxəssislər dırnaq diblərinin normal ağ rəngini itirərək qızarmasının nadir hal olduğunu və bunun ürək-damar, qaraciyər, qan və revmatoloji xəstəliklərlə əlaqəli ola biləcəyini bildiriblər.
Araşdırmaya görə, qızartının bir neçə dırnaqda eyni vaxtda müşahidə olunması daha çox orqanizmin ümumi vəziyyətinə təsir edən sistemik xəstəliklərlə əlaqələndirilir. Yalnız bir dırnaqda yaranan dəyişiklik isə dırnaqaltı şiş və ya lokal infeksiya ilə bağlı ola bilər.
Tədqiqatçılar dırnaq dibində nəzərəçarpacaq qızartı müşahidə edən şəxslərin həkimə müraciət edərək ümumi sağlamlıq müayinəsindən keçməsini tövsiyə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 16 Sentyabr 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















