Icma.az
close
up
RU
Qripə qətiyyən dırnaqarası xəstəlik kimi yanaşmayın İnfeksionist

Qripə qətiyyən dırnaqarası xəstəlik kimi yanaşmayın İnfeksionist

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Koronavirus pandemiyasından sonra bütün yoluxanların immun sistemi zəifləyib


“Buna görə də əvvəlki illərlə müqayisədə insanlar yoluxma hallarını çox ağır keçirir”


Mövsüm dəyişikliyi ilə əlaqədar ölkədə qrip virusu yayılmağa başlayıb.

Hava-damcı yolu ilə keçən virusun əsas hədəf kütləsi isə uşaqlar olsa da böyüklər, xüsusən də immun sistemi zəif olanlar arasında da yoluxma halları müşahidə edilir. 

Bununla bağlı paylaşımlara sosial şəbəkələrdə tez-tez rast gəlmək olur. Xəstəliyin əlamətləri qızdırma, güclü boğaz ağrısı, qrip və öskürəkdən ibarətdir. Yayılan virusun koronavirus olması ehtimalı insanlar arasında təşvişə səbəb olub. 


Mütəxəssislər isə hesab edir ki, istənilən virusdan qorunmağın ən effektiv yolu peyvənd olunmaqdır. 

İnfeksionist Mərdan Əliyev “Sherg.az”a açıqlamasında deyib ki, hər il bütün dünyada payız-qış fəslində mövsüm xəstəlik kimi kəskin respirator virus infeksiyaları yayılır:

"Bu da növbəti birisidir. Ola bilsin, koronavirusun mutasiyaya uğramış daha yüngül xəstəlik yaradan bir ştammıdır, ola bilsin, başqa virusdur. Əlamətləri bir az kəskin intoksikasyon sindrom verir və daha çox sinusitlə ağırlaşır (haymorit), yuxarı tənəffüs yollarının iltihablaşma, halsızlıq, oynaq ağrıları ilə özünü göstərir. Xəstəlik əlamətlərinin səciyyəsinə görə bu infeksiyaları biri-birindən ayırmaq mümkün deyil. Yəni oxşar simptomlarla müraciət edən şəxslərdə qeyd olunan fərqli infeksiyalar təsdiqlənə bilir. Konkret xəstəlik halında bunun hansı infeksiya olduğunu yalnız spesifik müayinələr aşkar edə bilər”.

İnfeksionistin sözlərinə görə, bu infeksiyalar əsasən yüngül, əksər hallarda fəsadsız keçir, qısa müddətə sağalır: “Mövsümi tip kəskin respirator virusların rutin etioloji diaqnostikası tələb olunmur. Qeyd etdiyimiz kimi, yalnız qrip infeksiyaları istisnadır. Bu hallarda qorunmaq üçün, xüsusən də risk qruplarına aid olan insanların peyvənd olunması məqsədəuyğundur”.

Həkim həmçinin vurğulayıb ki, qrip hər zaman ağır xəstəlik hesab olunub, sadəcə, insanlar bütün növ halsızlıqları, soyuqdəymələri qrip adlandırdığı üçün əsl qripi hiss etməyib: “Qış aylarında, xüsusilə də dekabr ayından mart ayına qədər bizim ölkədə qrip olur və biz ona asanlıqla yoluxa bilirik. Qripə dırnaqarası xəstəlik kimi yanaşmamalıyıq. Qrip kifayət qədər ağır fəsadları olan, özümüzü gözləməsək, pnevmoniyaya qədər aparan xəstəlikdir. Koronavirus pandemiyasından sonra bütün yoluxanların immun sistemində zəifləmə baş verdi. Maskalardan istifadə, açıq havada az vaxt keçirmək, günəşdə yetəri qədər olmamaq, dəniz kənarında kifayət qədər vaxt keçirilməməsi immunitetimizin zəifləməsinə səbəb oldu. Buna görə də əvvəlki illərlə müqayisədə viruslarda ağır keçməyə meyillilik özünü göstərir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Dekabr 2024 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri