Icma.az
close
up
RU
Diş əti iltihabından necə qorunaq? ARAŞDIRMA

Diş əti iltihabından necə qorunaq? ARAŞDIRMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Böyük Britaniyanın Kral Kolleci London universitetinin alimləri müəyyən ediblər ki, qısamüddətli aşağı kalorili pəhriz diş əti xəstəlikləri zamanı iltihabı azalda və diş ətlərinin vəziyyətini yaxşılaşdıra bilər.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "Journal of Clinical Periodontology" jurnalında dərc olunub.

Tədqiqatda İspaniyanın müxtəlif klinikalarında parodontit diaqnozu qoyulmuş 28 nəfər iştirak edib. Parodontit diş əti xəstəliklərinin ən geniş yayılmış formalarından biri hesab olunur və təkcə ağız boşluğundakı toxumaların zədələnməsi ilə deyil, həm də ürək-damar xəstəlikləri və diabet riskinin artması ilə əlaqələndirilir.

İştirakçılar iki qrupa bölünüb. Birinci qrup altı ay ərzində müəyyən fasilələrlə kalorisi məhdudlaşdırılmış pəhrizə riayət edib, nəzarət qrupu isə adi qidalanma rejimini davam etdirib. Pəhriz proqramına əsasən, ilk iki gün ərzində gündə təxminən 1100 kalori, növbəti üç gün isə təxminən 750 kalori qəbul olunub. Daha sonra iştirakçılar tədricən normal qidalanmaya qayıdıblar. Bu proses müşahidə müddəti ərzində üç dəfə təkrarlanıb.

Araşdırmanın sonunda alimlər iştirakçıların qan və diş əti mayesi nümunələrini təhlil ediblər. Nəticələr göstərib ki, aşağı kalorili pəhriz saxlayan şəxslərdə iltihab göstəriciləri nəzarət qrupu ilə müqayisədə daha aşağı olub. Xüsusilə, orqanizmdə iltihabın əsas göstəricilərindən biri sayılan C-reaktiv zülalın səviyyəsi azalıb.

Bundan əlavə, həmin iştirakçıların diş əti toxumalarında iltihab prosesləri ilə əlaqəli molekulların miqdarında da azalma müşahidə edilib.

Tədqiqat müəllifləri hesab edirlər ki, bu təsir yüksək kalorili və rafinə olunmuş karbohidratlarla zəngin qidaların yaratdığı oksidləşdirici stressin azalması ilə bağlı ola bilər. Kalorinin məhdudlaşdırılması eyni zamanda orqanizmin sağlamlığında mühüm rol oynayan mikrobioma da müsbət təsir göstərə bilər.

Bununla belə, alimlər vurğulayırlar ki, araşdırma ilkin xarakter daşıyır və xüsusilə diabet kimi xroniki xəstəlikləri olan şəxslərə həkim nəzarəti olmadan belə pəhrizlərə başlamamaq tövsiyə olunur.

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 İyun 2026 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see349

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see293

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see277

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see271

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see269

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see262

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see257

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see251

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see235

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see226

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see219

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see214

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see214

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see212

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see209

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see207

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see201

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see200

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see199

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri