Diş şaqqıltısı və güclü əzələ spazmaları: Sirli beyin xəstəliyi gəncləri öldürür
Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kanadada əvvəllər məlum olmayan beyin xəstəliyinin yayılması qeydə alınıb.
News24.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə “National Post” nəşri yazıb.
Bildirilir ki, bu xəstəliyə əsasən 45 yaşadək gənclər tutulur. Ölkədə artıq yüzlərlə insanın yoluxduğu müəyyən edilib. Ümumilikdə indiyə qədər azı 40 nəfərin öldüyü məlumdur.
Qeyd olunub ki, xəstəliyin əlamətləri arasında narahatlıq və yuxu problemləri, ətraflarda ağrı və tarazlıq pozğunluğu, diş şaqqıldaması, güclü əzələ spazmaları, görmə problemləri və hallüsinasiyalar var.
Nyu-Bransuik əyalətinin baş naziri Süzan Holt sirli beyin xəstəliyinin araşdırılmasında kömək üçün Kanada İctimai Səhiyyə Agentliyinə müraciət edib. Bu məqsədlə hakimiyyət artıq beş milyon dollar vəsait ayırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 20 Noyabr 2024 01:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















