Icma.az
close
up
RU
Qafiyə şaqqıltısı

Qafiyə şaqqıltısı

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xalqımız hər müşkülü qafiyə ilə həll etməyi, qafiyə ilə düşünməyi hələ də tərgidə bilmir. Qafiyə, assosiativ qoşa sözlər, əslində, yazıya qədərki dövrdən, yəni, quru yaddaş dövründən yadigar qalıb. Bütün xalqlarda belədir, ilkinlik dövrünün məsəlləri, atalar sözləri, nəğmələri, şeirləri qafiyəli, assosiasiyalı olub. Qafiyə yaddaşda qalmanı asanlaşdırıb, bədii məhsulun, xalq yaradıcılığının yazısız nəsildən nəsilə şifahi şəkildə ötürülməsi üçün vasitə olub. Bayatılarımız, gəraylılarımız, qoşmalarımız, atalar sözlərimiz əsrlərlə ölçülən bu uzun yolları yalnız yaddaşlarda yaşaya-yaşaya qət edərək gəlib bizlərə yetişə bilmişdi.

Ritm və qafiyə sisteminin mükəmməlliyinə görə minlərlə, yüz minlərlə insan yaddaşında saysız-hesabsız şeir-qəzəl saxlaya bilib. O cümlədən, qədim dini mətnlər də yadda qalmaq üçün qafiyə, assosiasiya, bəlağət üzərində qurulub. Məsələn, qafiyəli olduğuna görə Orta Asiya türklərinin qalın-qalın kitablara sığmayan "Manas" eposunu hələ də əzbər bilənlər var. Yaxud, qədim teatrlarda aktyorların rahat yadda saxlaması üçün bütün dram əsərləri qafiyəli şeirlə yazılırdı.

Lakin yazı mədəniyyəti ortaya çıxdıqca bu şərtlər get-gedə öləziməyə başladı. Şeirin ilkinlik dövrünün gözəlliyini saxlaması, bəlağətli, çəkici səslənməsi üçün şairlər hələ də qafiyələrdən, qədimi formalardan istifadə edirlər, buna sözüm yox. Ancaq bizim xalqın şeir-qəzəldən kənar işlərdə belə, hələ də ibtidai insanlar kimi qafiyə ilə düşünməsi mənə maraqlı gəlir. Qloballaşaraq getdikcə bir ələ yığışan indiki dünyada qafiyə ilə hansı nailiyyət əldə eləmək olar? Məsələn, dövlət, xalq, cəmiyət, hakimiyyət haqda fikir yürüdən, dövlət sisteminin ən insanisini qurmağın yollarını arayan əsərlər yazan bir Avropa filosofu ciddi fikirlərini qafiyədə necə yaza bilər?

Təsəvvür edin, dünyanın ən demokratik idarəetmə sisteminin - hakimiyyətin bölünməsi prinsipini işləyib hazırlayan fransız hüquqşünası Monteskyö "Qanunların ruhu" traktatını məsnəvi formasında qafiyələndirərək yazır. Gülməli olmazmı? Ciddi, realist bir düşüncə adamı belə lazımsız şeylərə enerji, vaxt sərf edərmi? Yaxud, sosial bərabərlik düşüncəsi ilə bütün bəşəriyəti ayağa qaldıran Lenin öz inqilabını qafiyə ilə bacara bilərdimi? Əlbəttə yox!

Məni kədərləndirən yer burasıdır: bizim xalqımız qafiyəli düşüncədən, ölçülü fikirlərdən hələ də ayrıla bilmir. Yadıma bir tarixi əhvalat düşdü. Bütün dünyaya iradə diktə edən Amerika Birləşmiş Ştatlarının 41-ci prezidenti ata Corc Buş prezident seçiləndə (1989-1993) bizim bir məşhur şairimiz qəzetlərin birində belə yazmışdı: "Buşun ağlı - quşun ağlı". Yadımdadır, şairin bu şaqraq tapıntısına arxalanan xalqımız ABŞ dövlətinin əfəlliyinə inamla yaşayırdı. O vaxtlar şairin bu düşüncəsinə xeyli gülmüşdüm, ancaq ömrümdə bu qədər acı gülməyim yadıma gəlmir.

Elə, vaxtilə ermənilər qonşu ölkələrə yaltaqlanaraq bizə qarşı silah yığanda xalqımız "Hava yaman soyuqdu, ermənilər toyuqdu!" kimi mənasız sözlərdən qafiyə tutaraq düşmənin toyuq kimi fağır olmasından əmin halda başını həmin misralara söykəyib arxayın yatırdı. 

Murad Köhnəqala

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Avqust 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see583

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see249

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see233

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see229

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see223

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see210

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see209

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see204

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see198

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see192

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see182

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see179

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see179

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see178

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see176

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see174

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see173

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see172

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see170

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri