Icma.az
close
up
RU
Ürək niyə gəncləri öldürür?

Ürək niyə gəncləri öldürür?

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Son dövrlər cəmiyyətdə ciddi narahatlıq doğuran məsələlərdən biri 18–20 yaş arası tələbələrin qəfil ürəktutması nəticəsində həyatını itirməsidir.

Əvvəllər daha çox yaşlı nəslə aid edilən ürək-damar xəstəliklərinin bu gün gənclər arasında da geniş yayılması “Ürək xəstəlikləri niyə bu qədər cavanlaşıb?” sualını aktuallaşdırır. Xüsusilə sağlam hesab edilən, aktiv həyat tərzi sürdüyü düşünülən gənclərin qəfil  vəfat etməsi cəmiyyətdə narahatlıq yaradır.

Ürək xəstəliklərinin “cavanlaşması" hansı amillərlə bağlıdır?

Mövzu ilə bağlı “Cebheinfo.az” –a açıqlamasında həkim Cəvahir Qəmərli bildirib ki, bunun əsas səbəbləri müasir həyat tərzi ilə bağlıdır:

“Hərəkətsiz yaşam, "fast-food" və yağlı qidalara üstünlük verilməsi, gündəlik stress, yuxu rejiminin pozulması, eləcə də enerji içkilərinin geniş yayılması gənclərin ürək sağlamlığına ciddi təsir göstərir. Bundan əlavə, ailəsində ürək-damar xəstəlikləri olan şəxslərdə risk daha yüksək olur. Genetik faktorlar  ürək- damar xəstəliklərinin yaranmasında mühim rol oynayır”.

O qeyd edib kİ, ürək sağlamlığını qorumaq üçün profilaktik müayinələr xüsusi əhəmiyyət daşıyır:

“Gənc yaşlardan etibarən qan təzyiqinin mütəmadi ölçülməsini, qanda xolesterin və şəkər səviyyəsinin yoxlanılmasını, elektrokardioqramma (EKQ) müayinəsindən keçmək  tövsiyə edilir. Zərurət yarandıqda ürəyin ultrasəs müayinəsi və ya fiziki yüklə testlər də aparıla bilər. Ürəklə bağlı ən kiçik qüsurların belə erkən mərhələdə aşkarlanması həyati əhəmiyyət daşıyır. Bu baxımdan, gənclərin öz sağlamlıqlarına daha məsuliyyətlə yanaşması, vaxtaşırı tibbi müayinələrdən keçməsi və risk faktorlarını vaxtında aradan qaldırması vacibdir. Erkən diaqnoz bir çox hallarda faciəvi nəticələrin qarşısını ala bilər. Ona görə vaxtaşırı müayinələrdən keçmək olduqca vacibdir”

Gülər Həsənli
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Dekabr 2025 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri