Icma.az
close
up
RU
Disident bir türkün portreti və ya Kırımoğlu Manifesti 

Disident bir türkün portreti və ya Kırımoğlu Manifesti 

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Bu gün böyük bir Türk kişisinin doğum günüdür. Türk dünyasının, Krım tatarlarının əvəzolunmaz lideri Mustafa Kırımoğlunun 82 yaşı tamam olur. Onun timsalında biz sadəcə bir insanı deyil, bir ideyanı, bir mübarizəni, bir millətin sarsılmaz iradəsini anırıq. Kırımoğlu illərlə sürgündə yaşamış, amma içindəki azadlıq arzusunu heç vaxt itirməmiş bir disidentdir.

O, öz xalqının haqq səsini dünyanın ən qəddar rejimlərinə qarşı ucaldan Türk vicdanının simasıdır. Bu gün o hələ də rus istilasına qarşı vətənini müdafiə edir, Krım uğrunda mübarizə aparır. Mustafa Kırımoğlu hələ beşiyindəykən tarixin amansız küləkləri onun üzünə dəyib. 1944-cü ilin qara günlərində, Stalin rejimi bütöv bir xalqı, Krım tatarlarını doğma torpağından qoparıb Mərkəzi Asiyanın səhralarına sürgün edib. O zaman Mustafa körpə idi, amma o səssiz gecələrdə ağlayan anaların, donan uşaqların fəryadı onun şüuruna həmişəlik həkk olundu.

Bəlkə də elə buna görə o, sonradan bütün ömrünü ədalət və vətən haqqı uğrunda mübarizəyə həsr etdi. O, böyüdükcə təkcə öz ailəsinin deyil, bütün bir millətin dərdini daşıdı. Sürgün illəri onun qəlbində qorxu deyil, inancla qidalanan inad yaratdı. O, çox tez anladı ki, azadlıq “verilmir” - azadlıq alınır, qazanılır, qorunur və yaşadılır. 1970-ci ilin 19 yanvarında, sovet məhkəməsinin qaranlıq zalında, bir gənc kişi tribunaya qalxır. Hakimlər onu “dövlətə qarşı təxribatda” suçlayır, lakin əslində o, tarix qarşısında danışırdı. Bu, bir millətin manifesti idi, disident türkün vicdan səsi. Onun çıxışı o zaman SSRİ üçün sarsıdıcı idi, çünki orada qorxu yox idi, yalnız həqiqət və inam var idi: “Krım tatar xalqına qarşı qəddar repressiyalara etiraz olaraq, bu xalqın müqəddəs hüququnun-Vətənə olan hüququnun tapdanmasına etiraz olaraq, bizim ölkədə insan hüquqlarının kobud surətdə pozulmasına etiraz olaraq, mən Krım tatar xalqının milli hərəkatının iştirakçısı kimi, SSRİ-də insan hüquqlarının müdafiəsi üzrə Təşəbbüs Qrupunun üzvü kimi otuz günlük aclıq aksiyası elan edirəm. Mən tam dərk edirəm ki, bu aksiya mənim sağlamlığım və hətta həyatım hesabına baş verə bilər. Lakin öz milli və vətəndaş hüquqlarımın bu cür kəskin müdafiə formasına əl ataraq, ümid edirəm ki, bu olay bir çox insanın yatmış vicdanını oyada biləcək. Ya Vətən, ya ölüm! Yaşasın azadlıq!”

Bu sözlər təkcə bir zalda deyil, bütün bir imperiyanın divarlarında əks-səda doğurdu. O gündən sonra Kırımoğlu artıq bir insan deyildi, bir ideal və mübarizə rəmzinə çevrildi. Mustafa Kırımoğlu illərlə həbsxanalarda, sürgünlərdə, təcridxanalarda saxlanıldı. Amma onu nə soyuq, nə aclıq, nə də işgəncələr sındıra bildi. O, hər dəfə azadlığa çıxanda bircə cümlə deyirdi: “Mübarizə davam edir.”

Onun aclıq aksiyaları, beynəlxalq tribunalardakı çıxışları, BMT və Avropa Şurasında qaldırdığı məsələ Krım tatar məsələsini dünyanın gündəminə çıxardı.

Onun əzmi sayəsində bu gün Krım tatarlarının hüquqları beynəlxalq səviyyədə tanınır. 

O, silah daşımadı, lakin sözünü silah kimi işlətdi. Onun qələmi və qətiyyəti, imperiyaların ordularından daha güclü idi. 

Sovet imperiyası dağıldı, amma Kırımoğlunun mübarizəsi dayanmadı.

2014-cü ildə Krım yenidən işğal olunduqda, o artıq yetmiş yaşında idi.

Lakin bu məğrur kişi, yaşlı disident yenə meydandaydı.

O, əli silahda yox, amma qəlbi üsyanda idi.

Bu dəfə onun döyüş meydanı tribunalar, diplomatik görüşlər, beynəlxalq təşkilatlar idi. O, hələ də eyni cümləni təkrar edirdi: “Krım bizimdir, Krım azad olacaq.”

Bu gün onun səsi yenə Türk dünyasında, yenə bütün azadlıq sevər xalqlarda eşidilir. Çünki o, bir əsrin vicdanı, Türk iradəsinin sönməyən alovudur.

Mustafa Kırımoğlu keçmişin qəhrəmanı deyil.

O, bu günün canlı əfsanəsidir. 

Onun həyatı bizə göstərir ki, azadlıq sadəcə siyasi anlayış deyil; azadlıq, insanın mənəvi bütövlüyüdür.

O, sübut etdi ki, millətin gücü silahda deyil, vicdanda, birliyində və milli həmrəyliyindədir.

Onun adını tarix yazdı, amma o hələ də yazmağa davam edir, mübarizə ilə, əzm ilə, ümid ilə.

Bu gün, 82 yaşında Mustafa bəyin gözlərində hələ də o eyni işıq yanır- Vətən işığı.

Biz ona cansağlığı, xalqına isə azadlıq arzulayırıq.

Çünki onun ömrü bizə bir həqiqəti öyrədir: Disident olmaq cəsarət tələb edir, amma mübarizə isə vicdan tələb edir.

Samir Əsədli,

Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Noyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri