Icma.az
close
up
RU
Dişləri korlayan 5 YAYILMIŞ SƏHV

Dişləri korlayan 5 YAYILMIŞ SƏHV

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Diş çürükləri ilə diş əti xəstəlikləri ölkəmizdə və dünyada ən geniş yayılmış xəstəliklər arasındadır.

Bəs sağlam diş və diş ətinə sahib olmaq üçün nələrə diqqət etmək lazımdır? Ailem.az bununla bağlı məsləhətləri diqqətinizə çatdırır.

Dişdən alət kimi istifadə etməyin

Dişləri alət olaraq istifadə etmək səhv vərdişlərdən biridir. Dişlə paketləri açmaq, etiket qoparmaq, müxtəlif şüşələrin açılmasında istifadə etmək travmaya, incəlmiş diş kənarlarında qopmalara, varsa, protezlərin çıxmasına və qırılmasına yol aça bilir.

Dişləri sıxmaq və xırçıldatmaq

Dişləri sıxmaq və xırçıldatmaq adətən stresslə bağlı edilən çox yayılmış bir davranışdır. Xüsusilə gecə yuxuda diş sıxmaq və xırçıldatmaq dişlərdə aşınmalara, diş əti çəkilmələrinə və kök birləşim bölgəsində diş maddəsi itkisinə səbəb olur. Bir müddət sonra dişlərdə yaranan bu ciddi maddə itkiləri dişlərdə həssaslıq yaradır. Dişlərin sıxılması çənə və çevrə toxumalarına da mənfi yöndə təsir edir və əzələlərin spazmı ilə bərabər, baş-boyun bölgəsində ağrılara səbəb ola bilir.

Şəkərli qidalar yemək

Həddindən artıq və tez-tez yeyilən şəkərli qidalar diş sağlığına pis təsir edir. Şəkərin yeyilməsi ilə ağızda yaranan turşulu şərait dişlərin səthində aşınmaya səbəb ola bilər. Diş toxumasındakı bu yumşalmalar da çürüklərin yaranmasına səbəb olar. Buna görə şəkərsiz saqqıza, təbii meyvə suyuna üstünlük verilməsində fayda var.

Çox siqaret və qəhvə istifadəsi

Çox qəhvə və siqaret istifadəsi dişlərin rəng dəyişiminə və saralmasına səbəb olur. Siqaret başda qan dövranını pozduğu üçün diş əti xəstəliklərinin fərq edilməsini önləyir və irəliləyən diş əti xəstəliklərinin nəticəsində də erkən yaşda dişlər tökülür.

Dişləri səhv fırçalamaq

Diş təmizliyinin kifayət olmayan müddətdə aparılması, dişlərin sərt fırçalanması və istifadə edilən fırça tüklərinin sərt olması, xüsusilə də kökündəki sement təbəqəsinin aşınmasına və dentin təbəqəsinin açılması ilə bərabər yüksək səviyyədə həssaslığa yol aça bilər.

Dişlərinizi səhər və axşam 2 dəqiqə olmaqla orta sərtlikdə bir fırça ilə, oval hərəkətlərlə və diş ətini də masaj edərək fırçalayın. Axşamları diş ipi ilə aralarını təmizləməyi də adət halına gətirin. Həmçinin ildə 2 dəfə diş müayinəsi etdirməyi unutmayın.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see909

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see371

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see327

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see314

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see291

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see283

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see246

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see245

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see226

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see209

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see208

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see206

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see205

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see198

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see192

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see192

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see192

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see179

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri