Dmitri Peskov Səudiyyə Ərəbistanındakı danışıqlar barədə: Mühüm olan ABŞ ın nə gözlədiyidir
Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında gözlənilən danışıqlar barədə təsdiqlənmiş məlumatları şərh edib.
AZƏRTAC xəbər verir ki, mətbuat katibi deyib: “Səudiyyə Ərəbistanına gəlincə, burada bizim nəyi gözlədiyimizin heç bir əhəmiyyəti yoxdur. Burada mühüm olan ABŞ-ın nə gözləməsidir”.
Kreml sözçünün sözlərinə görə, müxtəlif səviyyələrdə dəfələrlə ABŞ-ın Kiyevdən sülh yolu ilə nizamlanmaya doğru irəliləmək istəyini nümayiş etdirməsini gözlədiyinə dair bəyanatlar səsləndirilib. “Baxın, yəqin ki, hamının gözlədiyi də budur”, -deyə mətbuat katibi əlavə edib.
D.Peskov onu da qeyd edib ki, Ukrayna rəhbərliyi nümayəndələrinin həqiqətən də sülh üçün səy göstərməyə hazır olub-olmaması qeyri-müəyyən olaraq qalır. “Bu, əlbəttə ki, çox vacibdir və müəyyən edilməlidir”, - deyə mətbuat katibi sözlərini yekunlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 10 Mart 2025 22:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















