Dmitriyev BMT Baş Assambleyasında Vitkoff və Kuşnerlə danışıqlar aparacaq
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya Prezidentinin İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev BMT Baş Assambleyası çərçivəsində danışıqlar aparmaq üçün ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Vitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner ilə görüşəcək.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Nəşr bildirir ki, Dmitriyevin ABŞ-yə səfəri Nyu-Yorkda baş tutacaq və Rusiya Prezidenti Vladimir Putinin bu ayın əvvəlində Kremldə ABŞ nümayəndələri ilə görüşünün davamı olacaq. Səfərin məqsədi Rusiya-Amerika dialoqunu və sülh yolu ilə həll səylərini davam etdirməkdir.
Qeyd olunur ki, tərəflər Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlıq, enerji məsələləri, eləcə də Ukraynadakı münaqişənin sülh yolu ilə həlli perspektivlərini müzakirə edəcəklər.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 24 Sentyabr 2026 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















