Dneprdə sabah matəm elan edilib
Operativ MM saytına istinadən Icma.az xəbər verir.
Ukraynanın Dnepr şəhərinə endirilən raket zərbəsi nəticəsində artıq 40 nəfər yaralanıb, 4 nəfər həlak olub. Sabah Dnepr şəhərində matəm günü elan edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dnepr şəhərinin meri Boris Filatov məlumat verib. Xəsarət alanların böyük əksəriyyəti xəstəxanalardadır, yaralılardan 11-nin vəziyyəti ağırdır. Axtarış-xilasetmə əməliyyatları başa çatıb.
Şəhərdəki dörd hündürmərtəbəli bina da rus hərbçilərinin zərbəsi nəticəsində zədələnib, 200-dən çox pəncərə sındırılıb. Təhsil müəssisəsi, xeyriyyə anbarı və bir neçə qeyri-yaşayış binasına da ziyan dəyib. Dördmərtəbəli inzibati bina və 49 avtomobil də zərər görüb.
Baxış sayı:43
Bu xəbər 01 Dekabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















