Icma.az
close
up
RU
Doğu Perinçək adlı siyasətçinin dedikləri yalandır, özünə dividend qazanmaq istəyir

Doğu Perinçək adlı siyasətçinin dedikləri yalandır, özünə dividend qazanmaq istəyir

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Bakıda 3-6 noyabr tarixlərində keçirilməsi planlaşdırılan 33-cü Avropa Ravvinlər Konfransı (Conference of European Rabbis - CER) ləğv edilib. Bundan bir neçə gün əvvəl İsrail mediasında təhlükəsizlik səbəbi ilə konfransın ləğvi barədə məlumatlar yayıldı. Amma burda əsas diqqətçəkən məqam budur ki, Azərbaycanın ev sahibliyi ilə bağlı mövzu gündəmə gələndə ölkəmiz əleyhinə olan qüvvələr hərəkətə keçdi, yersiz ittihamlar irəli sürdülər. Görünən odur ki, konfransın ləğvi barədə qərardan da bəzi dairələr öz mənfəətləri üçün yararlanmağa çalışırlar.

Məsələn, ortaya atılan Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçək iddia edib ki, konfrans onun Prezident İlham Əliyevə ünvanladığı məktubdan sonra ləğv olunub və bunu "Türk və İslam dünyasının qələbəsi" kimi təqdim edib: "Bu, Türk və İslam dünyasının qələbəsidir. Bizim Azərbaycan Prezidentinə ünvanladığımız məktub və xəbərdarlıq nəticəsində bu yanlış addım atılmadı. Bakıda belə bir konfransın keçirilməməsi böyük bir diplomatik uğurdur".

Birincisi, nəzərə almaq lazımdır ki, tədbirin təşəbbüskarı və təşkilatçısı Azərbaycan deyil. İkincisi, mövcud vəziyyət nəzərə alınaraq İsrail tərəfindən belə bir qərar verilib. Ən vacibi, Azərbaycan dövləti hansısa qərarı perinçəklərin, yaxud digərlərinin istəyi ilə qəbul etmir. Bu addım ilk növbədə dövlətin öz maraqları nəzərə alınaraq atılır. Ona görə də bəzi siyasi dairələrin əlində oyuncaq olan Doğu Perinçəkin bu qərardan siyasi dividend əldə etməyə çalışması gülünc görünür.

Bu gün Azərbaycan dünyada multikulturalizm və tolerantlıq nümunəsi kimi tanınır. Tarixən fərqli dinlərin, millətlərin, etnik qrupların nümayəndələri Azərbaycanda vahid ailə kimi, sülh, harmoniya, birgəyaşayış şəraitində yaşayıb. Yəhudilərin ölkəmizə gəlişinin də tarixi çox qədimdir. Bu gün kimin hansı ittihamı, iradı səsləndirməsindən asılı olmayaraq, iki xalqı tarixi bağlar birləşdirir. Və bu bağları qoparmaq, bunu danmaq mümkün deyil.

Vətəndaşlarının böyük əksəriyyəti müsəlmanlar olan ölkəmizdə digər dinlərə də böyük hörmətlə yanaşılır. Məscid, kilsə və sinaqoq yanaşı fəaliyyət göstərir. Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasında fəal rol oynayır, bu istiqamətdə bir sıra mühüm təşəbbüslərin və beynəlxalq tədbirlərin müəllifidir. Belə olan halda ölkəmizin Ravvinlər Konfransına ev sahibliyi etməsində də qeyri-adi nəsə yoxdur. Amma maraqlı dairələr bunu siyasiləşdirməkdən çəkinmədilər. Onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan heç vaxt dini siyasətə qatmayıb.

Perinçəkin açıqlaması təbii ki, Azərbaycan-Türkiyə münasibətlərinə zərər gətirməyə hesablanıb. Zaman-zaman iki qardaş ölkənin münasibətlərinə kölgə salmağa çalışan qüvvələr öz əməllərindən əl çəkmək istəmirlər. Təəssüf ki, Türkiyə mediası da münasibətlərə zərər verəcək məlumatları tirajlamaqla bu prosesin tərkib hissəsinə çevrilib. Bu cür hallara son verilməsi, əsassız kampaniyaların dayandırılması üçün qardaş dövlət tərəfindən müəyyən addımların atılması zəruridir.

Milli Məclisin deputatı Arzuxan Əlizadə mövzu ilə bağlı "525"ə bildirib ki, Avropa Ravvinlər Konfransına Azərbaycanın ev sahibliyi edəcəyi ilə bağlı bir qərar var idi: "Azərbaycan artıq neçə illərdir ki, böyük tədbirlərin keçirilməsi üçün bir məkan olaraq seçilib. Həm Bakıda, həm də azad olunmuş ərazilərimizdə, istər Şuşada, istər Xankəndidə və digər regionlarda beynəlxalq tədbirlər keçirilib. Ölkəmiz çox uğurla ən yüksək səviyyədə bu tədbirlərə ev sahibliyi edib. Həmin tədbirlərdə iştirak edən dövlət rəsmiləri, həm də bir sıra beynəlxalq təşkilatların rəhbərləri, nümayəndələri dəfələrlə vurğulayblar ki, Bakının ev sahibliyi ən yüksək səviyyədədir. Avropa Ravvinlər Konfransının da Bakıda keçirilməsi nəzərdə tutulmuşdu. Görünür, təşkilatçılar tərəfindən hansısa səbəblərə görə tədbiri təxirə salmaq barədə qərar qəbul edilib. Burda Azərbaycanın ev sahibliyindən imtina etməsindən söhbət getmir. Sadəcə olaraq hansısa səbəblərə görə tədbirin ertələnməsi qərarı verilib. Bu da təbiidir, belə hallar olur".

Deputat əlavə edib ki, Doğu Perinçək adlı siyasətçinin dedikləri tam olaraq yalandır:

"Hesab edirəm ki, bununla özünə hansısa formada dividend qazanmaq, xal toplamaq istəyir. Onun əslində keçmişi də bəllidir və bu açıqlamaları Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyi, iki ölkənin ictimaiyyətləri arasında münasibətlərdə gərginlik yaratmağı hədəfləyir. Bu baxımdan da heç bir halda söylədikləri doğru deyil. Bu cür fikirlər ümumiyyətlə zərərlidir və belə formada gündəmə gəlmək, belə üsullardan istifadə etməklə özünə xal qazanmağa çalışmaq bu vaxta kimi heç bir siyasətçiyə başucalığı gətirməyib".

Bu cür halların qarşısını almaq üçün nə kimi addımların atılmalı olduğuna gəlincə, deputat deyib ki, Türkiyə cəmiyyəti yekcins deyil, orada zamanında soyadını dəyişmiş digər millətlərin nümayəndələri, eləcə də ermənilər də var: "Türkiyə çoxmillətli, çox qüdrətli bir dövlətdir. Onların hamısına təbii ki, hörmətlə yanaşılır. Amma təəssüf ki, onların arasında Azərbaycan-Türkiyə dostluğuna bu və ya digər formada xələl gətirən, qarışıqlıq salmaq, ixtilaf yaratmaq istəyən insanlar da var. Onlar münasibətlərə şübhə toxumları səpməklə gərginlik fonu yaratmağı hədəfləyirlər. Bunun da qarşısı alınmalıdr. Türkiyə dost və qardaş dövlətdir. Bizim münasibətlərimiz dünyada analoqu olmayacaq səviyyədə yaxındır. Cəmiyyətdə müxtəlf yanaşmalar ola bilər. Müxtəlif tipli insanlar ola bilir ki, hansısa formada bu birliyə, bütövlüyə xələl gətirmək istəyirlər. Bunun təbii ki, qarşısı alınmalıdır. Bununla bağlı məsələyə dəfələrlə toxunulub, dostlarımıza müraciətlərimiz olub ki, bu məsələlər, nüanslar nəzərə alınmalıdır. Heç bir halda imkan verilməməlidir ki, Azərbaycan-Türkiyə dostluq və qardaşlığına bu və ya digər formada kölgə salınsın, narahatlıq fonu yaradılsın".

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə "525"ə deyib ki, bu məsələyə yanaşmada bir neçə məqamı nəzərə almaq lazımdır: "Türkiyədəki həmkarlarımız, siyasətçilər, siyasi partiyaların nümayəndələri öz açıqlamalarını elə şəkildə verməlidirlər ki, bu, bizim ikitərəfli münasibətlərimizə xələl gətirməsin. Bu gün söhbət ondan gedir ki, hansısa bir tədbirin keçirilməsi müxtəlif səbəblərdən təxirə salınması mümkündür. Həmin qərar təşkilatçılar və ya ölkələr tərəfindən verilə bilər. Ona görə də bunu bu formada əsaslandırmaq, yəni "ölkənin siyasi liderinə məktub yazıldı, kimsə etirazını bildirdi, onun əsasında bu qərar qəbul olundu, yanaşma dəyişdi" prinsipi ilə çıxış etməyi əlbəttə ki, düzgün hesab etmirəm. Azərbaycan müstəqil dövlətdir, qərarları da özü müstəqil şəkildə qəbul edir. Kiminsə etirazına görə "filan tədbirin keçirilməsi təxirə salındı" yanaşması düzgün deyil. Bunu heç kim öz adına çıxmamalıdır. Dövlət hansısa qərarı verirsə, buna hamı hörmətlə yanaşmalıdır. Bunun kiminsə narazılığına, etirazına, hansısa siyasi partiyanın mövqeyinə görə dəyişməsi barədə fikirlər söyləmək yanlışdır, düzgün mövqe deyil".

C.Məmmədov söyləyib ki, bu kimi məsələlərdə hər kəsin diqqətli olmasına ehtiyac var: "Təəssüf ki, bəzən media bu cür məlumatları götürərək belə formada cəmiyyətə təqdim etmək istəyir, bu da doğru deyil. Konfrans təxirə salınıbsa, deməli, bunun ciddi səbəbləri olub, əks halda tədbir baş tutardı. Bunu da hamı nəzərə almalıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Noyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see279

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see244

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see231

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see193

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see189

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see174

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see171

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see169

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see161

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see158

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see157

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see157

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see156

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see156

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see153

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see138

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see137

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see134

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri