Icma.az
close
up
RU
Doğum günündə şəhid olmuş döyüşçü

Doğum günündə şəhid olmuş döyüşçü

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Doğum və şəhidlik tarixi 29 sentyabra təsadüf edən və cəmi 20 il yaşayan şəhid Əlirza Mehman oğlu Rzayev 2018-ci ildə Qərb Universitetinin nəzdində kollecə daxil olub. 2019-cu ildə hərbi xidmətə gedib. Əsgəri qulluğunu düşmənlə təmas nöqtəsində – Murovda edib.

Vətən müharibəsi başlayan andan o da topçu kimi döyüş mövqeyində olub, Murov dağı yüksəkliyinin Kəlbəcər istiqamətində ağır döyüşlərdə topçu kimi iştirak edib. Sərrast atəşlə düşmən mövqelərinə sarsıdıcı zərbələr vurub. Lakin sentyabrın 29-da, 20 yaşı tamam olan gün düşmənin atdığı mərmi nəticəsində aldığı qəlpə xəsarətlərindən dünyasını dəyişib. Şiddətli döyüş getdiyi üçün ağır yaralanmış Əlirzanı 4 saata yaxın ərazidən çıxarmaq mümkün olmadığından çoxlu qan itirib. Sanitar hissəyə çatdırılanda isə artıq gec olub, “Ana” deyərək gözlərini əbədi yumub...

Şəhidin atası Mehman Rzayev 1-ci Qarabağ müharibəsinin iştirakçısı olub. 2016-cı ildə 50 yaşında ağır xəstəlikdən dünyasını dəyişib.

Qardaşı Fərid Əlirzanı belə xatırladı:

– Mən onunla təkcə qardaş yox, həm də bir dost idim. Yaşda məndən kiçik olsa da onu özümdən böyük hiss edirdim. Dostluqda çox sədaqətli olduğundan xeyli dost-tanışı var idi. Tay-tuşları xətrini çox istəyirdilər, hörmətini saxlayırdılar. Ona görədir ki, Əlirza hərbi xidmətə yola düşəndə sanki həyətimizdə toy idi. Yüzlərlə adam öz təşəbbüsü ilə həyətimizdə toplaşmışdı. Özü də şəhid olmuş dostu Coşqunun sintezatorda çaldığı təranələrə dostları ilə qol götürüb elə oynayırdılar ki... Sanki hamının ürəyinə dammışdı. Murovdakı gərgin vəziyyəti görüb heç məzuniyyətə də gəlməmişdi.

Mehman şəhid olan zaman artıq hərbi xidmətinin başa çatmasına sayılı günlər qalırdı. 15 gün əvvəl mənə zəng vurub ona hərbi xidmətdən qayıtdıqdan sonra geyinmək üçün pal-paltar almağımı istəmişdi. Mən də bu arzusunu həvəslə yerinə yetirmişdim. Əlirza 1-ci sinifdə oxuyarkən birlikdə şəklimiz var. İndi baxmışam ki, o, həmin şəkildə bir əlində bayraq, o biri əlində oyuncaq avtomat tutub.

Bizim ad günlərimiz ard-ardadır. Sentyabr ayının 28-i mənim, 29-u isə onun ad günüdür. 28-də mənə zəng vuraraq ad günümü təbrik etdi. Özümdən, anamızdan muğayat olmağımızı istədi. Telefonda əsgərlərin səs-küyü, top atəşləri eşidilsə də dedi ki, narahat olmayın. Fərid özü isə Aprel döyüşlərinin iştirakçısı olub. Hərbi xidmətdə olduğu zaman həmin döyüşlərdə manqa komandiri kimi iştirak edib.

Əlirza Rzayevi hamı mərd və ağıllı övlad kimi tanıyırdı. Anası Gülnarə xanım işlədiyi üçün uşaq vaxtlarında məcbur olub onu internat məktəbinə qoyur. Bir gün müəllim 20 Yanvar və Xocalı qətliamı ilə əlaqədar uşaqlara istədikləri şəkli çəkməyi tapşırır. Əlirza da qərara gəlir ki, bir şəhid anası şəkili çəksin. Bununla bağlı şəhidin anası Gülnarə xanımın xatirələrindən:

– Sən demə, balam mənim şəklimi çəkirmiş... Əlirza hələ uşaqlıqdan harda əsgər paltarı gördü geyinib şəkil çəkdirməyi xoşlayardı. Ordudan tərxis olunmasına cəmi 2 gün qalmışdı. 19 yaşı tamam olan gün onun əsgər olduğu hərbi hissəyə getmişdim. Elə 20 yaşı üçün də artıq hədiyyəmi almışdım, qismət olmadı...

Qardaşının ad günündə ona zəng vuranda mən də telefonu alıb danışdım. Ertəsi gün Əlirzanın 20 yaşı tamam olduğundan onu təbrik etdim. Nədənsə təbrikimə heç bir cavab vermədi. Bircə onu dedi ki, məndən nigaran qalma, özündən muğayat ol. Telefonda atəş səsləri eşidilirdi... Müharibədən sonra hərbi hissədən komandirləri, döyüş yoldaşları gəlmişdilər. Əlirzanı itirdikləri üçün göz yaşı axıdırdılar. Mənə oğlumun qəhrəmanlıqları barədə xeyli danışdılar. Evimizi Əlirzanın şəxsi əşyaları ilə yanaşı, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları da onun boş qalmış yerini nişan verir.

Əlirza Rzayevin döyüş yoldaşları Gülnarə anaya tez-tez zəng vurur, baş çəkirlər. Şəhid anası qəhrəman övladların hamısını öz balası hesab edir. Gülnarə ananın təsəllisi odur ki, şəhid balaların qanı yerdə qalmadı. Beş ildir ki, torpaqlarımıza əsl sahibləri yiyələniblər.

M.MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri