Dohada NATOnun İstanbul Əməkdaşlıq Təşəbbüsünün siyasi məşvərət qrupunun iclası keçirilib AZƏRTAC
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qahirə, 17 dekabr, AZƏRTAC
Qətərin paytaxtı Dohada NATO-nun İstanbul Əməkdaşlıq Təşəbbüsünün (ICI) siyasi məşvərət qrupunun 6-cı iclası keçirilib. Tədbirdə NATO-nun Cənub Qonşuluğu üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina və Təşəbbüsə üzv olan dövlətlərin təmsilçiləri iştirak ediblər.
AZƏRTAC Qətər XİN-in saytına istinadla xəbər verir ki, bu ölkənin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Məryəm bint Əli bin Nasir əl-Misnəd tədbirdə çıxışında dünyada baş verən problemlərin həllində beynəlxalq tərəfdaşlıqların əhəmiyyətini vurğulayıb, bu kontekstdə İstanbul Əməkdaşlıq Təşəbbüsünün regional məsələlərin müzakirə edilməsində rolunu qeyd edib.
Nazir əlavə edərək bildirib ki, NATO ilə Qətər arasında əlaqələr son illər inkişaf edir. Diqqətə çatdırıb ki, Qətər Təşəbbüsün üzvləri arasında NATO-nun operativ uyğunlaşma proqramının bütün mərhələlərini keçmiş yeganə dövlətdir.
Qətərli nazir bildirib ki, Yaxın Şərqdə mövcud olan münaqişə və müharibələr region sərhədlərini aşaraq qlobal təhlükəsizliyə təhdid yaradır, qeyri-qanuni miqrasiyaya, kütləvi köçə, qaçqın axınının artmasına və mütəşəkkil cinayətkarlıq üçün münbit şəraitin yaranmasına səbəb olur.
Qeyd edilməlidir ki, İstanbul Əməkdaşlıq Təşəbbüsü 2004-cü ildə irəli sürülüb və Alyansın Aralıq dənizi dialoquna daxil olmayan Yaxın Şərq ölkələri ilə münasibətlər qurmaq istəyini nümayiş etdirir. Bu təşəbbüs üzv ölkələrdə terrorçuluğa qarşı mübarizə, böhranların idarə edilməsi, mülki fövqəladə planlaşdırma və sərhəd nəzarəti kimi sahələrdə praktiki əməkdaşlığın təşviqi məqsədini güdür. Hazırda Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri bura qoşulublar.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 17 Dekabr 2024 03:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















