Icma.az
close
up
RU
“Doktor, harda qaldınız?”

“Doktor, harda qaldınız?”

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Təcili tibbi yardım maşınları niyə “yubanır”?

“Doktor, sizi gözləyirik, xəstənin həyatı sönür”. Hər gün minlərlə belə çağırışa  tələsən təcili yardım qrupları doğmalarımıza yeni həyat verirlər. Bəzən onların azacıq gecikməsi faciələrə səbəb olur.

 Təcili tibbi yardım xidməti  ilə bağlı belə hallar, şikayətlər təkcə acı  təəssüf doğurmur, bəzən cinayət də sayılır. Son zamanlar təcili yardımdan şikayətlər Bakıətrafı kənd və qəsəbələrdən daha çox eşidilir. Gecikmələr isə daha çox gecə saatlarına təsadüf edir. Vətəndaşların sözlərinə görə isə bəzi hallarda təcili tibbi yardım əməkdaşları hətta çağırışa gəlməkdən imtina edirlər. Narazılıqlar sırasında  gecikmə ilə yanaşı, xidmətin aşağı səviyyəsi də qeyd edilir. Bildirilir ki, hadisə yerinə bəzən dərman preparatları, tibbi avadanlıqlar,  kardioqrama cihazı olmadan gəlirlər.

Məsələyə aydınlıq gətirmək üçün TƏBİB-ə müraciət etdik. Əldə etdiyimiz məlumata görə, təcili tibbi yardım maşınlarının rayonlarda çağırışa yetişmə vaxtı bir sıra amillərdən asılı olaraq dəyişir.  Bu müddət orta hesabla 15–20 dəqiqə təşkil edir. Lakin kənd yerlərində həmin vaxt yol və hava şəraiti, məsafə nəzərə alınmaqla, 30 dəqiqə və ya daha artıq ola bilər. Çağırışların pik olduğu saatlarda isə həm obyektiv, həm də subyektiv səbəblərə görə gecikmələr baş verir. 

Gecikmələrin minimuma endirilməsi məqsədilə çağırışlar operativ çeşidlənir və müraciət  çox olan ərazilərə ətraf bölgələrdən əlavə briqadalar cəlb olunur. Bu, mövcud təcili yardım qruplarından daha səmərəli istifadə edilməsinə şərait yaradır. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin balansında 2010-cu ildən əvvəl istehsal olunmuş, o cümlədən sovet istehsalı olan avtomobillər hələ də qalmaqdadır. Hazırda bu sahədə yenilənmə prosesi gedir və köhnə avtomobillər mərhələli şəkildə yeniləri ilə əvəz olunur. Bu il ərzində 100-dən çox istismara yararsız avtomobil yenilənib. 

Ümumiyyətlə, son illər İcbari Tibbi Sığorta sisteminin tətbiqi çərçivəsində təcili tibbi yardım sisteminin infrastrukturunun gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. 2025-ci ilə qədər ölkə üzrə 400-ə yaxın yeni ambulans istifadəyə verilib. Bu il  isə əlavə olaraq 80 “Iveco” markalı təcili tibbi yardım avtomobili alınıb və onların paylanılması prosesinə başlanılıb. Təcili yardım xidmətinin bölgələrdə daha da yaxşılaşdırılması, operativliyin təmin edilməsi və xidmət keyfiyyətinin artırılması məqsədilə tədbirlər davam etdirilir. 

TƏBİB-in açıqlamasında Bakıətrafı kənd və qəsəbələrə  gecikmələr daha çox mövsümlə əlaqələndirilir. Belə ki, yay mövsümü başlayanda əhalinin çoxu istirahət  zonalarına, o cümlədən Bakı kəndlərinə köçür. İlin digər fəsillərində normal olsa da yay aylarında yollardakı tıxaclar  həmin zonalara  gecikmələr yaradır. Bəzən kritik olmayan çağırışlara bir qədər sonra getmək qərarı alınır. Vəziyyəti daha ağır olan xəstələrin çağırışlarına isə briqada göndərilir. Sonra digər çağırışlara gedilir. Epidemiyalar zamanı təcili yardımın işində böyük gərginlik yaranır...

Məlumatda bildirilir ki, çağırış ünvanında elektrokardioqramma çəkilməsinə təcili tibbi yardım həkimi qərar verir. Bir sıra avtomobillər istənilən vəziyyətdə olan xəstələrin daşınmasına imkan verir. Ambulanslar xəstə tibb müəssisəsinə aparılarkən yolda müalicəyə başlamağa imkan verən geniş çeşiddə dərman və tibbi avadanlıqlarla təmin edilib. Belə ki, reanimobil ambulanslar zəruri tədbirlərin həyata keçirilməsi üçün xüsusi tibbi avadanlıqlarla təchiz olunub. 

Qurumdan verilən açıqlamada qeyd olunur ki, gecikməyə səbəblərdən biri də əsassız çağırışlardır. Bu, təcili tibbi yardım imkanlarının düzgün istiqamətlənməsinə mane olmaqla yanaşı, həqiqətən yardıma ehtiyacı olan şəxslərə xidmətin vaxtında göstərilməsinə də mənfi təsir göstərir. Vətəndaşlardan xahiş olunur ki, yalnız təcili tibbi yardıma ehtiyac olduqda "103" xidmətinə müraciət etsinlər. Qaydalara əsasən təcili yardım 15-20 dəqiqəyə, təxirəsalınmaz çağırışlar isə 1 saat ərzində ünvana çatmaq tələb olunur. Qeyd edək ki, təcili çağırışlara ürək dayanması, ağır travmalar (yol-nəqliyyat hadisələri, çoxsaylı sınıqlar və s.), insult və infarkt əlamətləri, tənəffüsün dayanması və ya boğulma halları, şüur itkisi, qanaxma, doğuş və s. aiddir. Təxirəsalınmaz çağırışlara isə yüksək hərarət, arterial təzyiqin artması, baş ağrısı və s. daxildir. Tövsiyə olunur ki, vətəndaşlar təcili olmayan hallar üzrə poliklinikalara və sahə həkimlərinə müraciət  etsinlər.  

TƏBİB-in açıqlaması göstərir ki, narazılıqlar əbəs deyil. Bunlar qeydə alınır, öyrənilir və cavablandırılır. Problemi daha tez həll etmək üçün aidiyyəti qurumlarla yanaşı,  vətəndaşlar da səy göstərməlidirlər. Tıxaclarda ambulansa yol verməmək, yerli-yersiz "103"ə zəng etmək kiminsə  həyatı bahasına başa gələ bilər.

Elenora HƏSƏNOVA 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Sentyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see212

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see202

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see199

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see192

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see185

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see182

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see179

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see178

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see175

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see174

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see172

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see169

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see168

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see166

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see165

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see164

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see162

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see162

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see161

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri