Gənc doktorantlara dəstək olmalıyıq Əmrullayev
Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gənc doktorantlara dəstək olmalıyıq.
Teleqraf.com xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Sumqayıt Dövlət Universitetində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların XXVII (NASCO XXVII) Respublika Elmi Konfransının açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bəzən elə olur ki, doktorant məqalə haqqında danışıb, amma onu çap etdirməkdə çətinlik çəkir:
“Ona görə də gənc doktorantlara dəstək olmalıyıq. Bu mənada Sumqayıt Dövlət Universiteti məsuliyyətli işi üzərinə götürüb. İlk dəfədir ki, paytaxtdan kənarda belə bir konfrans keçirilir".
"Çox sevinirəm ki, bu gün plagiat sıfıra düşüb. Akademik dürüstlüyə sadiq qalsaq, bu halda nəaliyyətlərimiz də artacaq. Başqasından kopyalayıb iftixarla gəzsək, ortada heç nə olmayacaq. Amma elmi ad alan adamın elmi fəaliyyətinin olub-olmaması əsas məqamdır”, - deyə nazir əlavə edib.
Baxış sayı:124
Bu xəbər 10 Dekabr 2024 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















