Volfqanq İşinqer: Avropa NATO nun nüvə çətirində daha aktiv rol oynamalıdır
Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avropa NATO-nun nüvə çəkindirmə sistemində daha fəal iştirak etməli və Almaniya bu məsələdə xüsusi rol oynamalıdır.
Teleqraf DPA agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinqer səsləndirib.
Sədr vurğulayıb ki, Fransa və Böyük Britaniya Şimali Atlantika Alyansının indiyədək əsasən ABŞ-yə arxalanan "nüvə çətiri"nə əvvəlkindən daha böyük töhfə verə bilərlər.
"Əgər belə bir addım atılarsa, bu, ruslar, amerikalılar və çinlilər üçün Avropanın özünü təsdiq etməsi siqnalı olar", – deyə İşinqer bildirib.
Ekspertin fikrincə, rəsmi Berlin Avropa ilə ABŞ arasında "körpü inşaatçısı" rolunu üzərinə götürə bilər. Bu, Vaşinqtonun Avropanın addımlarını yanlış anlamasının qarşısını almaq üçün vacibdir.
V.İşinqer Almaniyanın sabiq kanslerləri Angela Merkel və Olaf Şoltsu tənqid edib: "Şəxsən mən başa düşmürəm ki, niyə kansler Merkel və ya kansler Şolts öz müşavirlərini və ya Bundesverin baş inspektorunu 'fransızların təkliflərini ciddi şəkildə araşdırın' tapşırığı ilə Parisə göndərməyiblər. Hesab edirəm ki, bu, indi baş verməlidir və təkcə Fransa-Almaniya təşəbbüsü çərçivəsində deyil".
O əlavə edib ki, bu cür danışıqlar məxfi şəkildə aparılmalıdır.
Xatırladaq ki, 2025-ci ilin martında Fransa Prezidenti Emmanuel Makron Avropa ölkələrinin Fransa nüvə qüvvələrinin himayəsinə götürülməsi imkanlarını müttəfiqlərlə müzakirə edəcəyini bəyan edib. Almaniya, Polşa, Litva və Danimarka bu müzakirələrə açıq olduqlarını bildiriblər.
"Financial Times" qəzeti isə qeyd edib ki, ABŞ administrasiyasının Rusiya ilə münasibətləri bərpa etmək kursu fonunda Avropadakı müttəfiqlər özlərinin "nüvə qalxanı"nı yaratmaq imkanlarını nəzərdən keçirirlər.
Almaniyanın hüquqi statusuna gəlincə, 1991-ci il martın 15-də qüvvəyə minmiş "Almaniya ilə bağlı yekun nizamlanma haqqında Müqavilə"yə əsasən, AFR atom, bioloji və kimyəvi silah istehsalından, onlara sahib olmaqdan və sərəncam verməkdən imtina edib.
Buna baxmayaraq, NATO-nun strateji konsepsiyası çərçivəsində Almaniya ərazisində ABŞ-yə məxsus nüvə silahları saxlanılır. Təsdiqlənməmiş məlumatlara görə, Büxel aviabazasında ABŞ-nin 20-yə yaxın nüvə başlığı yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 01 Fevral 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















