“DokuBaku 2026”: 54 film oktyabrda Bakıda təqdim olunacaq
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 19 avqust, AZƏRTAC
Bu ilin oktyabr ayında keçiriləcək “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalının rəsmi seçimi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, “Ulduz sivilizasiyası” (Stellar Civilization) mövzusuna həsr olunan festivala 88-dən çox ölkədən 260-dan artıq müraciət daxil olub.
Seçim komitəsinin qərarı ilə proqrama 54 film - 27 tammetrajlı və 27 qısametrajlı sənədli ekran əsəri daxil edilib. Rəsmi seçimdə yeni nəsil yerli kinematoqrafçıların əməyini əks etdirən 5 Azərbaycan sənədli filmi də yer alır.
Yeddi gün davam edəcək festival çərçivəsində filmlərin nümayişi ilə yanaşı, ustad dərsləri, panellər və müzakirələr təşkil olunacaq. Tədbirə 100-dən çox beynəlxalq və yerli kino xadimi qatılacaq.
Layihəyə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən ənənəvi olaraq maliyyə və informasiya dəstəyi göstərilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 19 Avqust 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















