“Dolabdan o, mənə baxır, mən də ona” Zülfiyyə Xanbabayeva
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xalq artisti Zülfiyyə Xanbabayeva qara rəngə olan sevgisindən danışıb.
Milli.Az xəbər verir ki, sənətçi bu barədə "Kəşfet" proqramında qonaq olarkən söz açıb. O, qara rəngin onun üçün özünəinam və əsalət ifadə etdiyini bildirib:
"Hərdən mənə deyirlər ki, "Bu qara rəng nədir axı?". Modelyer Koko Şanelin də dediyi kimi, qara rəng heç vaxt çox olmur. Mənə elə gəlir ki, bütün rəngləri qara şölə ilə özündən uzaqlaşdırır. Bu, əsalət, özünəəminlik rəngidir. Burada uduzmaq söhbəti yoxdur. Bəlkə də, bununla özümü sığortalayıram.
Deyirlər ki, formasını, köklüyünü gizlətmək üçün qara rəng geyinir. Yox, arıqladım, yenə də qara rəng geyinirəm. Özümə çəhrayı paltar almışam, dolabdan o mənə baxır, mən də ona. Yəqin ki, nə vaxtsa, qarderobdan çıxacaq". (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 24 Noyabr 2026 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















