Icma.az
close
up
RU
Dollar Rüstəmin evinə hücum edənlərdən birinə hökm oxundu

Dollar Rüstəmin evinə hücum edənlərdən birinə hökm oxundu

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Salyanda "Dollar Rüstəm" kimi tanınan şəxsin evinə basqın edən şəxslərdən birinə hökm oxunub.

News24.az Publika.az-a istinadla xəbər verir ki, 2023-cü ilin avqust ayının 23-də, gecə saat 03.00 radələrində Salyan rayonunda iş adamı, "Dollar Rüstəm" kimi tanınan şəxsin evinə maskalı şəxslər hücum edib.

Hücumun planı Bakı şəhərində hazırlanıb. Belə ki, Sərxan adlı şəxs Mirzə Həsənzadə və Ramil Ağayevlə birlikdə Bakı şəhərində görüşüb, razılığa gəldikdən sonra "Dollar Rüstəm"in evinə basqın ediblər. Maskalı şəxslər əski parçası ilə Rüstəmin ağzını bağlayıb və yapışqan lentlə sarıyıblar və pul tələb ediblər. İş adamı isə "Porsche"nin açarını onlara verməklə, avtomobilin sandıqçasında 30-50 min ABŞ dolları pul olduğunu deyib.

Gözətçi və qonşuların köməyə gəlməsi səbəbindən oğrular hadisə yerindən qaçıblar. Bu zaman Sərxanın üzündən maska düşüb və bu onların kimliklərini aşkarlamağa kömək edib.

1987-ci ildə Gəncə şəhərində doğulmuş Sərxan hadisədən bir gün sonra İstanbula qaçıb. Bu ilin fevral ayında Bakıya qayıdarkən hava limanında saxlanılıb.

Sərxan izahatında bildirib ki, onlara dəqiq xatırlamadığı kimsə Salyan rayonunda yaşayan Rüstəm adlı bir nəfərin faizə pul verdiyini, borc alanların "qa...ı içdiyini", həyətində "Porsche" markalı bahalı avtomobili olduğunu dediyi üçün sözügedən əməli törədiblər.

Məhkəmədə Rüstəmlə sonuncunun qızı arasında miras üstündə münaqişə olduğunu və bütün bu məlumatları da həmin qızın verməsi barədə də iddia qaldırılıb.

Məhkəmənin qərarı ilə Sərxan Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 10 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Mirzə Həsənzadə və Ramil Ağayev də cinayət məsuliyyətinə cəlb edilib.

(Qaynarinfo)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://news24.az
archiveBu xəbər 10 Dekabr 2024 03:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri