Icma.az
close
up
RU
Salyanda Dollar Rüstəmin evinə basqın edən şəxslərdən birinə hökm OXUNDU

Salyanda Dollar Rüstəmin evinə basqın edən şəxslərdən birinə hökm OXUNDU

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Salyanda "Dollar Rüstəm" kimi tanınan şəxsin evinə basqın edən şəxslərdən birinə hökm oxunub.

Redaktor.az xəbər verir ki, 2023-cü ilin avqust ayının 23-də, gecə saat 03.00 radələrində Salyan rayonunda iş adamı,  "Dollar Rüstəm" kimi tanınan şəxsin evinə maskalı şəxslər hücum edib. 

Hücumun planı Bakı şəhərində hazırlanıb. Belə ki, Sərxan adlı şəxs Mirzə Həsənzadə və Ramil Ağayevlə birlikdə Bakı şəhərində görüşüb, razılığa gəldikdən sonra "Dollar Rüstəm"in evinə basqın ediblər. Maskalı şəxslər əski parçası ilə Rüstəmin ağzını bağlayıb və yapışqan lentlə sarıyıblar və pul tələb ediblər. İş adamı isə "Porsche"nin açarını onlara verməklə, avtomobilin sandıqçasında 30-50 min ABŞ dolları pul olduğunu deyib. 

Gözətçi və qonşuların köməyə gəlməsi səbəbindən oğrular hadisə yerindən qaçıblar. Bu zaman Sərxanın üzündən maska düşüb və bu onların kimliklərini aşkarlamağa kömək edib. 

1987-ci ildə Gəncə şəhərində doğulmuş Sərxan hadisədən bir gün sonra İstanbula qaçıb. Bu ilin fevral ayında Bakıya qayıdarkən hava limanında saxlanılıb. 

Sərxan izahatında bildirib ki, onlara dəqiq xatırlamadığı kimsə Salyan rayonunda yaşayan Rüstəm adlı bir nəfərin faizə pul verdiyini, borc alanların "qanını içdiyini", həyətində "Porsche" markalı bahalı avtomobili olduğunu dediyi üçün sözügedən əməli törədiblər. 

Məhkəmədə Rüstəmlə sonuncunun qızı arasında miras üstündə münaqişə olduğunu və bütün bu məlumatları da həmin qızın verməsi barədə də iddia qaldırılıb. 

Məhkəmənin qərarı ilə Sərxan Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 10 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Mirzə Həsənzadə və Ramil Ağayev də cinayət məsuliyyətinə cəlb edilib (Qaynarinfo). 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Dekabr 2024 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri