Icma.az
close
up
RU
Dollar satışı, Neft Fondundan büdcəyə pul axını kəskin artıb “Əsas səbəb hökumətin ehtiyaclarıdır...” AzPolitika onlayn siyasiictimai qəzet

Dollar satışı, Neft Fondundan büdcəyə pul axını kəskin artıb “Əsas səbəb hökumətin ehtiyaclarıdır...” AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin 9 ayında Azərbaycanda dollar satışı 5.8 milyardı keçib, bu 1 il əvvəlki rəqəmlərlə müqayisədə (2.2 milyard dollar) təxminən 3 dəfə artıqdır. Ötən ilə nisbətən Neft Fondundan büdcəyə transfertlər də 3 dəfəyə yaxın artıb. Əgər keçən ilin 9 ayında dövlət büdcəsinə Fonddan 2 milyard dollar köçürülmüşdüsə, bu il həmin rəqəm 6 milyard dollara yaxınlaşıb.

İqtisadçı ekspert Rövşən Ağayev dollar satışında kəskin artımları və Fondan büdcə transfertlərinin yüksəlməsini bir neçə səbəblə izah edir: “Əsas səbəb hökumətin ehtiyaclarıdır. Bu ilə qədər bazarda biznes və ev təsərrüfatlarının valyuta tələbi aşağı olduğu üçün Mərkəzi Bank əlavə manat emissiyası hesabına Fondun satdığı valyutanı özü alırdı, əks halda dövlət büdcəsinin icrası mümkün olmazdı. Bu səbəbdən 2023-cü il ərzində MB-nin valyuta ehtiyatları 2 milyard dollardan çox artmışdı.

Amma 2024-də vəziyyət dəyişdi - işğaldan azad edilmiş ərazilərin xaricdən idxalla bağlı ehtiyaclarının və çox güman ki, hərbi tələbatın artması səbəbindən hökumətin idxalı birdən-birə 2 dəfəyə yaxın - 2 milyard dollar artdı. Və satılan dollar kütləsinin də əsas alıcısı dövlət özü oldu”.

İqtisadçı qeyd edir ki, təkcə 9 ayda dövlət sektorunun idxalı üçün bazardan 4 milyard dollara yaxın alış olub ki, bu rəqəm ötən il 2,2 milyard dollar təşkil edib.

“Şübhəsiz özəl sektorun da idxalında təxminən 5 faiz genişlənmə var. Üstəlik, ilin ilk yarısında xaricə birbaşa investisiyalar 50%-ə yaxın, bank sektorunun xarici aktivlərə yönəltdiyi vəsait isə 10%-ə yaxın artıb. Bunlar da xarici valyuta tələbini artıran amillərdir. Hökumət daxildə valyuta ticarətinə elə sərt nəzarət və məhdudiyyətlər tətbiq edir ki, əhalinin bu prosesə həlledici təsiri xeyli dərəcədə istisna olunur”, - R.Ağayev vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Noyabr 2024 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri