Icma.az
close
up
RU
Dollar satışı niyə artıb?

Dollar satışı niyə artıb?

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən il ölkədə ABŞ dollarına tələb artıb. Bunun nədən qaynaqlandığı konkret cavab istəyir. 2017-ci ildən bəri ölkəmizdə "dollar aclığı" aradan qalxmışdı. Bu gün də belə bir hal mövcud deyil. Sadəcə olaraq, Dövlət Neft Fondu (ARDNF) daha çox dollar satıb ki, bu da ümumi həcmi yüksəldib.

2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilən 87 valyuta hərracında 6 milyard 603 milyon 870 min məbləğində ABŞ dolları satılıb. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çox deməkdir. ARDNF tərəfindən satılan dollar həcmindən əldə edilən manat kütləsi qabaqcadan nəzərdə tutulan illik transfert çərçivəsində dövlət büdcəsinə köçürülür. Məsələ bundadır ki, ARDNF-in dollar satışından əlavə, AMB-in rəsmi valyuta ehtiyatları da oktyabr və noyabr ayları ərzində 424 milyon dollar + 404 milyon dollar = 828 milyon dollar məbləğində azalıb. İl ərzində niyə bu qədər dollar satışı həyata keçirilib?! Ölkədə ABŞ valyutasına tələb həqiqətən artıbmı? Artıbsa bu, nəylə əlaqədardır?

Hər şey heç də göründüyü kimi deyil. Əvvəla, ölkədə xarici valyutaya tələb bazar tərəfindən müəyyən olunmalıdır. Bunun üçün ilk növbədə dövlət iqtisadiyyatdan və bazardan tam kənarda mövcud olmalı, valyuta tənzimlənməsi “üzən məzənnə” mexanizmi əsasında fəaliyyət göstərməlidir.

2017-ci ildən keçən müddətdə manata inamın azalması üçün heç nə baş verməyib. Bəs AMB niyə ARDNF ilə yanaşı valyuta satışı həyata keçirib və 828 milyon dollar sərf edib? Qurumun açıqlamasında bunun dövlət xərclərinin xarici valyuta ilə olan hissəsinin, yəni müxtəlif vacib layihələrin və tədbirlərin, müdafiə, digər öhdəliklər və strateji əhəmiyyətli məsələlərin icrasına dəstək məqsədilə həyata keçirildiyi bildirilir. Həqiqətən də, valyuta bazarında manatın dəyəri üçün heç bir təhdid mövcud olmadığından, AMB-in 828 milyon dollarlıq intervensiya tədbiri məhz bununla əlaqədar baş verməyib. Əksinə, AMB-in rəsmi valyuta ehtiyatlarını artırması üçün münbit şərait davam edib. Buna rəğmən, qurum oktyabradək ehtiyatını cəmi 183 milyon dollar artırıb.

ARDNF də nə qədər çox dollar satmış olsa belə, dövlət büdcəsinə nəzərdə tutulan transfertdən kənara çıxmayıb. Yəni Neft Fondu dollar satışında limiti keçməyib. Sadəcə olaraq, 2024-cü il ərzində dövlət xərcləri əvvəlki illərdən çox olduğundan, Fond tərəfindən satış tempi bir qədər sürətli xarakter daşıyıb. Qarabağ və Şərqi Zəngəzurun bərpası, COP29 ilə bağlı layihələr, tikinti və sair xərclər, investisiyalar idxalı artırıb. Təkcə, Qarabağ bölgəsinə 44 günlük müharibədən sonra 19 milyard manatdan çox vəsait xərclənib.

Ümumiyyətlə, dövlət xərcləri və investisiyaları artdıqca, idxalın genişlənməsi qaçılmaz xarakter daşıyır. Çünki tək yerli istehsal hesabına hər şeyi etmək mümkün deyil. İstər istehlak bazarında, istərsə də investisiya zamanı istifadə edilən malların əksəriyyəti xaricdən gətirilir. Nəticədə dollara tələbat istər-istəməz artır. Bunu “iqtisadiyyatın genişləndirilməsi tədbirləri” adlandırmaq da mümkündür.

Bir sözlə, ötən il ABŞ dollarına tələbin çoxalması sırf iqtisadi tələblərdən - dövlət xərclərinin artması, iqtisadiyyatın genişlənməsi, investisiya məsrəflərindən qaynaqlanıb. Heç bir halda hansısa riskli məqam ortaya çıxmayıb. Valyuta bazarında sabitlik qorunub saxlanmaqda davam edib. Neft Fondu və AMB-nin dollar satmaları əhalinin şəxsi məqsədlər üçün valyuta almasından irəli gəlməyib. İqtisadiyyatda dollarlaşma prosesi də getmir. Bunu ölkənin bank sektorunda fiziki və hüquqi şəxslərin yerləşdirdiyi depozit həcmlərinin strukturu da sübut edir, bankların kredit portfelində xarici valyuta ilə verilən kredit vəsaitlərinin həcmi də. Dollar satışının artması bu valyutaya marağın və sığortalanmaq istəyinin təzahürü deyil./azvision

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://news24.az
archiveBu xəbər 20 Yanvar 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see423

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see305

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see244

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see207

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see205

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see198

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see184

AFFA nın Hesabat Konfransı keçiriləcək

21 Avqust 2026 16:47see183

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see172

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see171

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see170

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see168

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

21 Avqust 2026 14:14see163

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see161

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see154

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see151

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see151

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see150

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see149

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri