Icma.az
close
up
RU
Dollar və avro dalğalanır, rubl ucuzlaşır: Manatı nə gözləyir?

Dollar və avro dalğalanır, rubl ucuzlaşır: Manatı nə gözləyir?

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son dövrlərdə Rusiya rublunun davamlı ucuzlaşması Azərbaycan iqtisadiyyatı üçün diqqətçəkən bir mövzuya çevrilib.

Azərbaycan milli valyutası manat isə dollara nisbətdə sabit qalır. Bu vəziyyət ölkə üçün həm fürsətlər, həm də risklər yarada bilər. Xüsusilə Rusiya ilə ticarət dövriyyəsi, miqrant pullarının axını və ixrac-idxal münasibətləri baxımından bu amil çox vacibdir.

Maraqldır, bəs dollar və avro ilə bağlı hansı proqnozlar gözlənilir?

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, rubl dollar qarşısında ucuzlaşdıqca manat qarşısında da ucuzlaşma meyli göstərir.

Ekspert qeyd edib ki, əgər manat rubl qarşısında bahalaşsa, Rusiyadan gələn idxal ucuzlaşacaq, Rusiyaya etdiyimiz ixrac isə bahalaşacaq:

"Bu isə ixracatçılar üçün yaxşı xəbər deyil, çünki məhsullar bahalaşır və beynəlxalq rəqabət qabiliyyəti də zəifləyə bilər. Təbii ki, ixracatçılar məhsullarını rublla satır, amma Rusiyadan alınan idxal ucuzlaşa bilər”.

Müsahibimiz qeyd edib ki, burada müəyyən maneə faktoru isə müqavilələrin dollar və avro ilə bağlanmasıdır:

“Dollar və avro ilə bağlanmış müqavilələrdə rublun dəyişməsi təsiri daha gec görünür: həm alışda, həm də satışda. Eyni zamanda, miqrantların göndərdiyi pul axını da bu vəziyyətdən mənfi təsir ala bilər, çünki miqrantlar rublda qazanıb dollar göndərirlər. Rublun ucuzlaşması onların alış qabiliyyətinə birbaşa təsir göstərir”.

Xalid Kərimli: Proqnoz vermək çətinləşir

Ekspert hesab edir ki, əgər rubl davamlı olaraq ucuzlaşsa və ya bahalaşsa, bu, iqtisadi qərarların daha etibarlı əsaslarla aparılmasına imkan yaradır:

“Lakin əgər rubl bir ay bahalaşıb, bir ay ucuzlaşırsa, vəziyyət qarışıq olur və proqnoz vermək çətinləşir. Xüsusilə dollar və avro ilə bağlanmış müqavilələrdə rublun dəyişməsi dərhal təsir göstərmir, çünki qiymətlər artıq bu valyutalarla razılaşdırılıb"

X.Kərimli vurğulayıb ki, manatın dollara nisbətdə sabit qalması hələ də davam edəcək.

Aynur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 31 Oktyabr 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see316

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see307

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see302

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see302

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see299

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see290

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see287

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see281

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see281

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see255

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see254

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see249

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see247

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see246

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see241

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see236

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see234

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see234

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see230

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri