Icma.az
close
up
RU
Dollara tələbat kəskin azalır 2026 cı ildə manatı nə gözləyir? (Ekspertdən RƏY)

Dollara tələbat kəskin azalır 2026 cı ildə manatı nə gözləyir? (Ekspertdən RƏY)

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci ildə valyuta bazarında dollara olan tələbatın zəiflədiyi müşahidə olunub və aylıq orta göstəricilərdə təklif tələbi üstələyib. Fiziki şəxslərin nağd valyuta əməliyyatlarında da satış meyli üstünlük təşkil edib, nəticədə banklar xalis valyuta alışı həyata keçiriblər. Bazarda realizə olunmayan yüz milyonlarla dollar vəsaitin dövlət xəzinəsinə yönəldiyi bildirilir. Bu dinamika valyuta bazarında tarazlığın dəyişdiyini göstərir.

Dollara marağın azalması 2026-cı ildə manatın mövqeyini gücləndirə bilərmi?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, 2025-ci ildə dollara olan tələbatın azalması bir sıra iqtisadi və inzibati amillərlə müşayiət oluna bilər. Onun sözlərinə görə, bu proses ilk növbədə ölkəyə idxalın həcminin nisbətən zəifləməsi ilə əlaqələndirilə bilər. İdxalın azalması isə təbii olaraq xarici valyutaya, xüsusilə də dollara olan ehtiyacın aşağı düşməsinə gətirib çıxarır. Çünki idxal əməliyyatlarının əsas hissəsi xarici valyuta ilə həyata keçirilir və bu sahədəki geriləmə valyuta bazarındakı tələbə birbaşa təsir göstərir.

Ekspert qeyd edib ki, digər mühüm amillərdən biri Mərkəzi Bank tərəfindən ölkə xaricinə çıxarılan xarici valyuta əməliyyatlarına nəzarətin daha da gücləndirilməsidir: “Valyuta axınlarının daha ciddi şəkildə tənzimlənməsi bazarda təklif və tələbin balanslaşdırılmasına xidmət edir. Bu nəzarət mexanizmləri nəticəsində valyuta bazarında kəskin dalğalanmaların qarşısı alınır və ümumi sabitlik qorunur. Bütün bunlar iqtisadi aktivliyə də müəyyən dərəcədə təsirsiz ötüşmür. Hazırda xarici valyuta ilə kreditlərin verilməsinə və xaricdən gətirilən mallara tətbiq olunan nəzarət mexanizmləri daha sərt çərçivədə həyata keçirilir. Bu isə ölkədən valyuta çıxışını məhdudlaşdırmaqla yanaşı, bazarda dolların dövriyyəsinə də təsir göstərir”.

E.Kərimli qeyd edib ki, əgər bazarda dolların təklifi tələbi üstələyərsə, bu, məzənnənin möhkəmlənməsinə şərait yaradır: “Belə vəziyyət milli valyutanın, manatın dayanıqlığının qorunmasına və maliyyə sabitliyinin təmin olunmasına müsbət təsir göstərir. Mövcud tendensiyalar davam edərsə, valyuta bazarında nisbi sabitliyin saxlanılması mümkün olacaq və bu da ümumi iqtisadi sabitliyə əlavə dəstək verəcək”.

Oğuz Ayvaz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Fevral 2026 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see528

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see513

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see366

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see349

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see261

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see256

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see235

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see234

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see227

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see225

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see223

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see205

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see205

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see202

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see193

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see192

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see190

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see189

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see188

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri