Icma.az
close
up
RU
Dolları gözləyən aqibət: Trampın qələbəsi maliyyə bazarlarına necə təsir edəcək?

Dolları gözləyən aqibət: Trampın qələbəsi maliyyə bazarlarına necə təsir edəcək?

Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Dünya mediası ABŞ-nin 47-ci prezidenti Donald Trampın prezident seçilməsinin maliyyə bazarlarına təsiri barədə müxtəlif fikirlər irəli sürür.

Banco.az  "The Times" qəzetinin məlumatına əsasən xəbər verir ki,  Trampın qələbəsi nəticəsində ABŞ dolları və Bitcoin-in dəyəri əhəmiyyətli dərəcədə artıb. Bitcoin-in qiyməti rekord səviyyəyə çataraq 75,397 ABŞ dollarına yüksəlib, daha sonra 73,767 dollara enib. Dollar indeksi isə 1.4% artıb. Bu artımlar Trampın tariflər, vergi endirimləri, tənzimləmələrin azaldılması və kriptovalyutalara dəstək siyasətləri ilə əlaqələndirilir.

Məqalədə qeyd olunur ki, ABŞ fond bazarları da Trampın seçilməsi ilə yüksəlib. S&P 500 indeksi 2%, Nasdaq 1.6% və Dow Jones 2.9% artım göstərib. Xüsusilə bank sektorunda səhmlər, iqtisadi artım və tənzimləmələrin yüngülləşdirilməsi ümidləri ilə əhəmiyyətli dərəcədə yüksəlib.

"The Economist" jurnalının proqnozuna görə, investorlar bu dövrdə ehtiyatlı olmalı və bazarları diqqətlə izləməlidirlər.

İqtisadçı Elman Sadıqov Banco.az-a verdiyi açıqlamada dollarla bağlı məsələlərin qeyri-müəyyən olduğunu vurğulayıb. Sadıqov qeyd edir ki, Trampın bu sahədəki fikirləri birmənalı deyil:

“Tramp bir tərəfdən “dünyada dolların daha geniş şəkildə rezerv və hesablaşma valyutası kimi istifadə edilməli olduğunu” söyləyir. Digər tərəfdən isə, ABŞ-ın ixracını artırmaq, idxalı azaltmaq və ABŞ şirkətlərinin xaricdən, xüsusən də Çindən geri gətirilməsi üçün ucuz dolların daha əlverişli olduğunu vurğulayır. Eyni zamanda, tariflərin artırılacağını qeyd edir ki, bu da istehlak mallarının bahalaşması və inflyasiya təzyiqi deməkdir. Bununla yanaşı, FED-in siyasətində dəyişikliklər edəcəyini bildirir. Yəni, burada bir sıra paradoksal məqamlar mövcuddur. Alternativ enerji məsələsinin nisbətən arxa planda qalması ehtimalı var, lakin bu istiqamətdə proseslər davam edəcək; sadəcə, sürət və aktivlik məsələləri dəyişə bilər."

Ən sərfəli kredit üçün müraciət et

Neft dövrünün sona çatması ilə bağlı müzakirələrə münasibət bildirən iqtisadçı düşünür ki,  əsas məsələ vaxt məsələsidir:

“Bu, 2035, 2040 və ya 2050-ci illərdə baş verə bilər. Hər kəs qəbul edir ki, neft dövrü sona çatacaq, lakin burada nəzərdə tutulan daha çox bahalı neft dövrünün sona çatmasıdır. Neftin hasilatı dövrü isə hələ uzun illər davam edəcək. ABŞ və Liviya neft istehsalını artırarkən, OPEC+ bazarda itirdiyi payı geri qaytara bilmir, istehsalı artıran kimi qiymətlər düşür. Məsələ buradadır ki, yüksək qiymətli neft erası sona çatır, lakin hasilat dövrünün başa çatmasına hələ illər var”.

İstehsal məsələsinə gəldikdə, Elman Sadıqov 1950-ci illərdə daş kömür istehsalı ilə bağlı proqnozu misal gətirərək qeyd edib ki,  proqnozlara görə, daş kömür istehsalının 1985-ci ilə yaxın sıfırlanacağı bildirilsə də,  2023-cü ildə daş kömür istehsalı illik 8 milyard tona çataraq rekord vurdu.

“Alternativ enerji mənbələrinin ənənəvi enerjiyə nisbətdə daha ucuz və rentabelli olduğu zaman keçid prosesinin sürətlənəcək. Amma hazırda təklif artımı, Çindəki iqtisadi artımın zəifləməsi və tələbin azalması fonunda baha neft dövrünün sona çatdığına dair fikirlər səslənir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://banco.az
archiveBu xəbər 07 Noyabr 2024 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri