Icma.az
close
up
RU
Dolların 13,5% dəyər itirəcəyi proqnozu verilib Dollar Gülümsəməsi

Dolların 13,5% dəyər itirəcəyi proqnozu verilib Dollar Gülümsəməsi

Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Londonda yerləşən sərmayə idarəetmə şirkəti "Eurizonun"  İcraçı direktoru Stephen Jen-ə görə, dollar son dövrlərdə müəyyən qədər bahalaşsa da, yaxın gələcəkdə dünyanın digər regionlarında iqtisadi artımın bərpası ilə daha da dəyər itirəcək.

Marja.az xəbər verir ki, uzun müddətdir dolların zəifləyəcəyini proqnozlaşdıran və “dollar gülümsəməsi” (Dollar Smile) nəzəriyyəsi ilə tanınan Jen hesab edir ki, 2025-ci ildə təxminən 7% dəyər itirmiş dollar indeksi, ABŞ Prezidenti Donald Trampın vəzifədə qalan müddətində əlavə olaraq 13,5% ucuzlaşacaq. Doların daha da zəifləməsi “dollar gülümsəməsi” çərçivəsinə uyğun gəlir.

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

Bu nəzəriyyəyə görə, dolların güclü olduğu dövrlər adətən ABŞ iqtisadiyyatının ya çox güclü, ya da dərin resessiya (durğunluq) içində olduğu zamanlarda ortaya çıxır; iqtisadi artımın yalnız orta səviyyədə olduğu dövrlərdə isə dollar zəifləyir. Jen son həftələrdə dolların bəzi itkilərini bərpa etməsinə baxmayaraq, “növbəti böyük hərəkətin yenə aşağı yönlü olacağını” bildirib.

Bu il dolların yaşadığı itkilərin ABŞ-da tətbiq olunan siyasətlərin sərmayəni dollar aktivlərindən uzaqlaşdırması ilə bağlı olduğunu, lakin bu sərmayənin Avropa və ya Asiyaya ciddi şəkildə yönəlmədiyini qeyd edən Jen əlavə edib: “Hələ də ABŞ iqtisadiyyatında yumşaq eniş gözləyirik və bu, dünyanın qalan hissəsindəki iqtisadi sürətlənməni tamamlayacaq.”

Dünyada ticarət müharibələrinin gərginliyinə baxmayaraq, Avropada iqtisadi artımın yaxşılaşması və Çinin hələ də “çox rəqabətcil” olması səbəbindən qlobal iqtisadiyyatın daha yaxşı performans göstərəcəyi gözləntilərinin ümidverici olduğunu bildirən Jen, bu vəziyyətin dolların cəlbediciliyini azaldacağını vurğulayıb. O, həmçinin Tramp administrasiyasının ABŞ istehsal sektorunu canlandırmaq üçün xərcləri azaltmaq məqsədilə dolların daha da zəifləməsinin vacib olduğunu bildirib.

Eyni zamanda Jen, dollar kimi böyük rezerv valyutalarına olan marağın azalmasının qızıl və Bitcoin-də rekord yüksəlişləri stimullaşdırmağa davam edəcəyini proqnozlaşdırır. Jen nəticə olaraq ABŞ-ın “bir neçə il davam edəcək dollar tənzimləməsinin üçüncü və ya dördüncü mərhələsində” olduğunu qeyd edib.

“Dollar Smile” (Dollar Gülümsəməsi) - iqtisadiyyatda ABŞ dollarının davranışını izah edən məşhur nəzəriyyədir. Bu nəzəriyyəyə görə, dolların dəyəri üç əsas vəziyyətdə yüksək olur və dolların dəyəri qrafik üzərində gülümsəmə formasında görünür:

ABŞ iqtisadiyyatı çox güclü olduqda – iqtisadi artım yüksəkdir, faiz dərəcələri yüksəkdir, bu da dolların cəlbediciliyini artırır.

ABŞ iqtisadiyyatı çox zəif və ya resessiya içində olduqda – investorlar riskdən qaçaraq “təhlükəsiz liman” olaraq dolları seçirlər, bu da dolları gücləndirir.

ABŞ iqtisadiyyatı orta səviyyədə artdıqda – iqtisadi artım nə çox güclüdür, nə də çox zəif, dollar zəifləyir, çünki investorlar risk aktivlərinə (məsələn, Avropa və Asiya valyutalarına, səhmlərə) yönəlirlər.

Sadə desək, dollar güclü olduğu zamanlar iqtisadiyyat ya çox yaxşı, ya da çox pisdir; orta səviyyədə olduğu zaman isə dollar zəifləyir. Bu səbəbdən dolların davranışı qrafikdə gülümsəmə formasına bənzəyir – buna görə nəzəriyyəyə Dollar Smile deyilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://marja.az
archiveBu xəbər 12 Noyabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri