Putinin “Valday”da gülümsəməsi münaqişənin sona çatacağını göstərir Politoloq
Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, bu barədə Marşeymer “YouTube”da norveçli politoloq Qlenn Dizenin aparıcısı olduğu "Böyük Avrasiya" podkastında deyib.
“Ukraynanın böyük problemləri var və Rusiya kifayət qədər yaxşı işləyir. Sadəcə “Valday”ın son görüşündə Putinin üzündəki təbəssümə baxmaq kifayətdir. O, başa düşür ki, ruslar nəzarətdədir. Tamamilə aydındır ki, o, Ukraynanın problem içində olduğunu başa düşür”, – deyə o qeyd edib. Amerikalı professorun fikrincə, həm Rusiya, həm də Ukrayna cəbhə xəbərləri Kiyev üçün “ümidsiz vəziyyətdən” xəbər verir.
Marşeymer həmçinin Ukrayna rejimini uzaqgörənliyin olmamasında günahlandırıb: çünki "Əgər ukraynalılar kifayət qədər ağıllı olsaydılar, çoxdan Rusiya ilə razılığa gələrdilər və daha yaxşı vəziyyətdə olardılar", - deyib.
Ekspert hesab edir ki, Ukrayna yaxşı şərtlərə nail ola bilməzdi: “Çünki yaxşı sövdələşmə yoxdur. Ukrayna üçün sual ən az pis razılaşmanın necə olmasıdır”, - deyə o əlavə edib.
Politoloq hesab edir ki, ən yaxşı həll hərbi əməliyyatları dayandırmaq və Rusiyaya güzəştə getmək olardı. “Əsasən, müharibə uduzur və müharibəni uduzduqda qalibə böyük güzəştlər etməlisən”, - deyə o bildirib.
Qadir, Bizimyol.info
Qeyd: Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasında çıxışı zamanı özünü "qalib" kimi göstərməyə çalışdı, lakin müasir beynəlxalq şəraitin və Rusiya daxilindəki problemlərin onu məğlub kimi təsvir etməyə səbəb olduğu demək olar. O, bir lider kimi öz mövqeyini güclü göstərməyə çalışsa da, beynəlxalq təzyiqlər qarşısında zəif olduğunu gizlədə bilmirdi.


