Icma.az
close
up
RU
Trampın bir gülümsəməsi diplomatik qızıl medal kimidir ŞƏRH

Trampın bir gülümsəməsi diplomatik qızıl medal kimidir ŞƏRH

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Zaur Məmmədov: "Yaxın Şərqdə Tramp üçün yeganə maneə İrandır – hər fürsəti fürsətə çevirə bilər”

Hazırda dünya siyasətində ən çox müzakirə olunan fiqurlardan biri ABŞ lideri Donald Trampdır. Xarici siyasətdə ikili mövqedən çıxış etməsi onun davranışını daim diqqət mərkəzində saxlayır. 2016-cı il prezident seçkiləri zamanı ABŞ-nin İraq və Əfqanıstan kimi uzunmüddətli müharibələrini tənqid edən Tramp, indi özü İrana qarşı müharibəyə başlayıb. Hakimiyyətinin ilk illərində sülhpərvər çağırışları ilə tanınan Tramp hər kəsdə “dünyaya sülh gətirəcək” təəssüratı yaratmışdı. Əslində bu təssürat boşuna yaranmayıb. ABŞ lideri, altı ay ərzində dünyada münaqişələrin dayandırılması, sülhə nail olunması istiqamətində Afrika qitəsindən tutmuş, Asiyaya qədər böyük səylər göstərirdi. Onun anidən mövqeyini dəyişib, münaqişələrə meyl etməsi beynəlxaql imicinə mənfi təsir göstərməyə başladı. 

Bir zamanlar Nobel Sülh Mükafatına layiq olduğunu bildirən Trampın, mövqeyini dəyişməsinə nə səbəb oldu?

Mövzu ilə bağlı politoloq Zaur Məmmədov Sherg.az-a bildirib ki, ABŞ Prezidenti Donald Trampın beynəlxalq imici kifayət qədər ziddiyyətli qiymətləndirilir:

“Dünya ictimaiyyətinin bir qismi, İsrailin yaxın müttəfiqi kimi tanınan Trampı Qəzzadakı hadisələr fonunda tənqid etsə də, bir çox siyasi lider üçün o, hələ də mühüm siyasi tərəfdaş olaraq qalır. Trampın xarici siyasət yanaşması da birmənalı qarşılanmır. O, ilk mərhələdə sülhpərvər mövqeyi ilə tanınsa da, sonradan ABŞ-nin strateji maraqlarını qorumaq məqsədilə “güc nümayişi”nə əsaslanan siyasətə üstünlük verdi. Bunun əsas səbəblərindən biri ABŞ-nin uzun müddət, Çin və Rusiya ilə müqayisədə iqtisadi sahədə, çətinliklərlə üzləşməsidir. Xüsusilə Çin qlobal nəqliyyat dəhlizləri və kommunikasiya xətlərinə nəzarəti genişləndirməyə çalışırdı”. 

Politoloqun sözlərinə görə, Tramp Avropa ölkələrinə və Çinə qarşı “ticarət müharibəsi” aparır:

“Məhz bu şəraitdə “Amerika birincidir” şüarı ilə hakimiyyətə gələn Tramp həmin prinsipi praktik siyasətdə tətbiq etməyə başladı. Qısa müddət ərzində ABŞ həm Çinə, həm də Avropa İttifaqına qarşı, gömrük rüsumları tətbiq etdi. ABŞ və Çin arasında birbaşa hərbi qarşıdurma olmasa da, tərəflər iqtisadi sahədə ciddi rəqabət və qarşıdurma şəraitindir. Trampın xarici siyasətdə, gözlənilməz qərarları beynəlxalq münasibətlər sistemində yeni reallıqlar formalaşdırıb”. 

Z.Məmmədov bildirib ki, Amerika dünyanın fövqəl dövləti kimi qarşısında duran maneələri dəf etməyə çalışır:

“Hal-hazırda Tramp üçün Yaxın Şərqdə yeganə əngəl İrandır. Onu da aradan götürmək üçün istənilən imkanı fürsətə çevirə bilər. Trampın bir gecədə Venesuela prezidentini yataq otağından çıxarması və İrana qarşı sürpriz hücumlara başlamasından sonra hər kəs onun hadisələrə reaksiyasından qorxaraq, ehtiyyatlı davranmağa başlayıb. Hazırda heç bir lider Trampa qarşı, kəskin bəyanat səsləndirə bilməz. Hər kəs Trampın qəbuluna düzülməyə fürsət axtarır. Elə bir dövrə gəlmişik ki, Trampın hər hansı ölkəyə gülümsəməsi, həmin ölkənin lideri üçün diplomatik müstəvidə, qızıl medal kimi qiymətli sayılır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Mart 2026 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri