Icma.az
close
up
RU
Dolların məzənnəsi ilə bağlı mühüm xəbər

Dolların məzənnəsi ilə bağlı mühüm xəbər

ABŞ-də qarşıdan gələn prezident seçkisində Donald Trampın mümkün qələbəsi dolların möhkəmlənməsinə, eyni zamanda vergilərin azaldılması və idxal xərclərinin artması ABŞ-də inflyasiyanın yüksəlməsinə səbəb ola bilər.

Oxu.Az xəbər verir ki, belə proqnozlar maliyyə məsləhətləşmələri üzrə ixtisaslaşmış "Ebury" şirkətinin iqtisadi təhlilində yer alıb.

Hesablamalara görə, D.Trampın seçilməsi ilə iqtisadi artım qısa müddətdə daha yüksək ola bilər, lakin uzunmüddətli perspektivdə bu, xarici siyasət amilləri fonunda qeyri-müəyyəndir.

Kamala Harrisin seçilməsi, şirkətin hesablamalarına görə, müəyyən status-kvonu saxlamağa imkan verəcək. Bunun fonunda zəif valyutalar güclənəcək, ABŞ dolları isə zəifləyəcək.

Şirkətin analitikləri bildirirlər ki, seçkinin nəticəsi Arizona, Corciya, Miçiqan, Nevada, Şimali Karolina, Pensilvaniya və Viskonsin kimi həlledici ştatlarda müəyyənləşəcək. Qeyd olunur ki, hazırda D.Trampən onlardan altısında, K.Harrisin isə birində üstünlüyü var.

Oxu.az

seeBaxış sayı:44
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri