Icma.az
close
up
RU
“BioNTech” şirkətinin təsisçiləri Alman Milli Mükafatına layiq görülüblər

“BioNTech” şirkətinin təsisçiləri Alman Milli Mükafatına layiq görülüblər

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Berlin, 11 iyun, AZƏRTAC

Almaniya Kansleri Fridrix Merts 2025-ci il Alman Milli Mükafatının təqdimetmə mərasimində “BioNTech” şirkətinin təsisçiləri Özləm Türeci və Uğur Şahini təltif edib.

AZƏRTAC xəbər verir ki, Kansler onların cəsarət, zəhmət və işə olan həvəslərini xüsusi vurğulayaraq, hər iki alimin tibb sahəsində həyata keçirdikləri fəaliyyətlə tibbi inqilaba imza atdıqlarını və minlərlə insanın həyatının xilas olunmasına töhfə verdiklərini bildirib. F.Merts bu uğurun iqtisadi və elmi azadlıq şəraitində mümkün olduğunu qeyd edib.

Kansler çıxışında elmi mühitin inkişafı üçün bürokratik maneələrin aradan qaldırılması, sabit maliyyə təminatı, sosial və etnik mənşəyindən asılı olmayaraq, istedadların dəstəklənməsi, eləcə də ixtisaslı miqrasiyanın təşviqinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Alman Milli Mükafatı 1997-ci ildən etibarən Alman Milli Fondu tərəfindən hər il demokratik cəmiyyətin inkişafına töhfə verən şəxslərə və təşkilatlara təqdim olunur. 1993-cü ildə Almaniyanın yenidən birləşməsi kontekstində yaradılmış bu fond qeyri-kommersiya, müstəqil və partiyalardan asılı olmayan qurumdur. Mükafat alanlar arasında tanınmış ictimai xadimlər – Şərqi Almaniyada vətəndaş hüquqları fəalı olmuş Verner Şulz, Holokostdan sağ çıxmış və antisemitizmə qarşı mübarizə aparan Anita Lasker-Valfış, eləcə də Avropa tarix şəbəkəsi “EUSTORY” də var.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 07:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri