Icma.az
close
up
RU
ABŞ və Çin ixrac məhdudiyyətlərinin bir hissəsinin ləğvini nəzərdə tutan plan üzrə razılığa gəldilər

ABŞ və Çin ixrac məhdudiyyətlərinin bir hissəsinin ləğvini nəzərdə tutan plan üzrə razılığa gəldilər

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

ABŞ və Çin nümayəndələri Londonda keçirilən danışıqlar zamanı ikitərəfli ticarət sahəsində məhdudiyyətlərin qismən ləğvi və Çindən nadir torpaq metalları tədarükünün təmin edilməsi ilə bağlı razılaşmaların həyata keçirilməsi üzrə planı razılaşdırıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə 10 iyun tarixində ABŞ ticarət naziri Hovard Latnik jurnalistlərə məlumat verib.

“Biz Cenevrə konsensusunun həyata keçirilməsi ilə bağlı çərçivə razılaşmalarına nail olduq”, – deyə o bildirib. Nazir 10-11 may tarixlərində Cenevrədə əldə olunmuş qarşılıqlı gömrük rüsumlarının qismən azaldılması ilə bağlı razılaşmaları nəzərdə tutub.

Latnikin sözlərinə görə, tərəflərin razılaşdıqları plan ABŞ prezidenti Donald Trampa və Çin Xalq Respublikasının sədri Si Cinpinqə təqdim olunacaq. “Prezident Tramp və Çin sədrinin təsdiqindən sonra bu çərçivə razılaşmalarının həyata keçirilməsinə başlayacağıq,” – deyə nazir əlavə edib. “Biz, şübhəsiz ki, nadir torpaq metalları və maqnitlərlə bağlı məsələnin ABŞ-a tədarük baxımından bu çərçivə razılaşmaları vasitəsilə həll olunacağını gözləyirik,” – deyə Latnik vurğulayıb. Onun Londondakı çıxışının videosunu ABŞ KİV-ləri yayımlayıblar.

Amerika nümayəndə heyətinə həmçinin maliyyə naziri Skott Bessent və ticarət danışıqları üzrə nümayəndə Ceymison Qrir daxil olublar. Çin tərəfini isə baş nazirin müavini Xe Lifən təmsil edib.

Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset 8 iyun tarixində Çindən nadir torpaq metalları tədarükünün artırılmasına nail olmaq niyyətində olduqlarını bəyan edib. 5 iyun tarixində Çin sədri və ABŞ prezidenti telefon danışığı aparıblar. Onlar yeni ticarət-iqtisadi danışıqlar raundunun tezliklə keçirilməsi barədə razılığa gəliblər.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 11 İyun 2025 07:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see893

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see339

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see324

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see313

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see218

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see198

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see191

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see190

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see173

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see172

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see165

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see162

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri