Icma.az
close
up
RU
Dollarla bağlı MÜHÜM MƏLUMAT: Məzənnə DƏYİŞİR

Dollarla bağlı MÜHÜM MƏLUMAT: Məzənnə DƏYİŞİR

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Yaxın Şərqdə gərginlik kritik həddə çatıb. ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlaması və cavab olaraq Tehranın strateji əhəmiyyətə malik Hörmüz boğazını bağlaması dünya iqtisadiyyatına ciddi təsir göstərməyə başlayıb. Bu kritik boğazdan hər gün milyonlarla barel neft daşınır və onun bağlanması qlobal enerji bazarlarında qiymət sıçrayışına səbəb olub. Enerji təhlükəsizliyi və neft tədarükü ilə bağlı narahatlıqlar fonunda investorlar panikaya düşüb. 

Hazırda neftin barreli üzrə qiymətlər rekord səviyyədə artmaqdadır. Bəs bu qlobal iqtisadiyyata necə təsir edəcək?

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli News24.az-a açıqlamasında bildirib ki, dolların mövqeyi son bir ildə nəzərəçarpacaq dərəcədə zəifləyib:

“Statistikaya baxdıqda görürük ki, son bir il ərzində dolların indeksi 6,2 faiz geriləyib. Bu, mühüm göstəricidir. Son aylarda qismən artım müşahidə olunsa da – təxminən 0,25 faiz – bu, ümumi enişi kompensasiya etmir. Hətta bu gün belə dollar 0,9 faiz ucuzlaşıb”.

Buna baxmayaraq, iqtisadçı etiraf edir ki, qlobal risklərin artması zamanı investorların dollara üz tutması tendensiyası yenə də aktualdır:

 “Bəli, risk artdıqca dollara tələbat artır. Ancaq bugünkü proseslərə baxanda, biz hələlik ümumi tendensiyada dollara ciddi meyllənmə görmürük. ABŞ-ın ticarət siyasəti də dolları zəiflədir".

Xalid Kərimli əlavə edib ki, Amerikanın Çin və Avropa İttifaqı ilə ticarət münaqişələri də dolların mövqeyinə mənfi təsir göstərir:

“ABŞ-ın qlobal ticarət gərginlikləri – xüsusilə Çin və Avropa ilə münasibətlərdəki sərtliklər – valyuta bazarına təzyiq yaradır. Bu mübarizələr dolların sabitliyinə mənfi təsir edir, çünki bazarlar belə qeyri-müəyyənliyi sevmir".

Hazırda dollar həm geosiyasi risklərdən, həm də qlobal ticarət savaşlarından təsirlənir. İqtisadi qeyri-sabitlik fonunda investorlar ehtiyatlı davranır, lakin dolların dominant valyuta statusu ona qarşı marağı tam itirməyə qoymur. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 İyun 2025 02:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see267

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see267

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see248

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see243

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see235

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see232

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see231

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see228

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see225

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see209

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see207

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see206

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see205

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see201

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see199

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see190

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see177

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see174

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see171

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri