Icma.az
close
up
RU
Dolu və leysan bazarı vurur Qiymət artımı gündəmdə

Dolu və leysan bazarı vurur Qiymət artımı gündəmdə

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

"Dolu yağışları meyvə və tərəvəz sahələrinə ciddi ziyan vura bilər. Xüsusilə yazın sonu və yayın əvvəllərində yağan dolu meyvə ağaclarının çiçəklərinə, yeni formalaşan meyvələrə və tərəvəz şitillərinə zərbə vurur. Bu isə məhsulun həm keyfiyyətini, həm də ümumi həcmini azaldır".

Bu sözləri "Yeni Sabah"a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib. O bildirib ki, intensiv yağıntılar yay mövsümündə məhsuldarlıq üçün təhlükə yarada bilər:

"Zədələnən məhsullar tez xarab olur, bazara çıxarıla bilən məhsul miqdarı isə aşağı düşür. İntensiv yağıntılar da yay mövsümündə məhsuldarlıq üçün təhlükə yarada bilər. Güclü yağış torpaqda həddindən artıq nəmlik əmələ gətirir, kök çürüməsi, göbələk xəstəlikləri və bitkilərin inkişafında zəifləmə müşahidə olunur. Açıq sahələrdə yetişdirilən pomidor, xiyar, gilas, ərik və digər məhsullar xüsusilə həssas olur. Bəzi hallarda sel və güclü külək əkin sahələrinə fiziki ziyan da vurur". Sezar pizza

İqtisadçı vurğulayıb ki, bu cür yağıntılar mövsümi meyvə və tərəvəzlərin bahalaşması ehtimalı artır:

"Belə hava hadisələri bazarda qiymətlərə də təsirsiz ötüşmür. Məhsuldarlıq azaldıqda bazara çıxarılan məhsul həcmi aşağı düşür və nəticədə qiymətlər yüksələ bilər. Xüsusilə yerli istehsal azaldıqda mövsümi meyvə və tərəvəzlərin bahalaşması ehtimalı artır. Əgər hava şəraiti uzun müddət qeyri-sabit davam etsə, bu həm kənd təsərrüfatı istehsalçılarına, həm də istehlakçılara əlavə iqtisadi təzyiq yarada bilər".

Qeyd edək ki, dünən Bakıda və bir sıra regionlarda gün ərzində intensiv yağış və dolu yağıntısı qeydə alınıb. İlin yaz və payız fəsillərində müşahidə olunan dolu düşməsi bitkiçiliyə ciddi zərər vurur.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 May 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri