Domeniko Tedesko: “İngiltərəyə möcüzə yaratmaq üçün gedirik”
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi Domeniko Tedesko Avropa Liqasının cavab oyunu ərəfəsində komandasının şanslarını yüksək qiymətləndirib.
İdman.Biz xəbər verir ki, İstanbul təmsilçisi ilk matçda İngiltərənin “Nottingem Forest” klubuna 0:3 hesabı ilə uduzsa da, mütəxəssis qarşıdakı görüşdə geridönüşün mümkün olduğunu bildirib.
Tedesko zədələrin vəziyyəti çətinləşdirdiyini etiraf edib, lakin bunun bəhanə olmadığını vurğulayıb:
“Bizim üçün heç nə bitməyib. İngiltərəyə qətiyyət və möcüzə yaratmaq istəyi ilə gedirik. Təzyiqin öhdəsindən gəlirəm və bunu futbolçuların üzərinə qoymaq istəmirəm. Komandama inanıram, hər kəs maksimumunu ortaya qoyacaq”.
Qeyd edək ki, mərhələ adlamaq üçün “Fənərbağça” səfərdə ən azı üç top fərqi ilə qalib gəlməlidir. Dörd və daha çox top fərqi isə Türkiyə klubunu birbaşa növbəti mərhələyə daşıyacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 26 Fevral 2026 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















