Domeniko Tedesko: “Gücümüzü göstərməyin vaxtıdır”
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Fənərbağça”nın baş məşqçisi Domeniko Tedesko komandasının 23-cü turda “Kasımpaşa” ilə qarşılaşmasından əvvəl Türkiyə çempionluğu yarışı haqqında danışıb.
İdman.Biz xəbər verir ki, Türkiyə çempionatında 22 oyundan sonra “Fənərbağça”nın 52 xalı var və turnir cədvəlində ikinci yerdədir. “Qalatasaray” 23 oyundan sonra 55 xalla turnir cədvəlinə başçılıq edir.
“Nottinqem Forest”lə məyusedici oyundan sonra azarkeşləri sevindirməyin vaxtıdır. “Qalatasaray” uduzduğu üçün şansımız var. Yaxşı oynayıb rahat qələbə qazanacağımızı gözləyirəm. Məqsədimiz titul uğrunda mübarizəni davam etdirmək və rəqiblərimizə təzyiq göstərməkdir. Qalib gəlsək, çempionluq yarışında psixoloji üstünlüyümüz olacaq. Düşünürəm ki, məqsədimizə çatmaq üçün gücümüz var; top bizim meydançadadır. İndi gücümüzü göstərməyin vaxtıdır”, - deyə “Mozzart Sport” Tedeskodan sitat gətirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 23 Fevral 2026 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















