Icma.az
close
up
RU
Donald Tramp Kanadaya 35 faizlik rüsum tətbiq edir və başqa ölkələrə 15 20 faizlik tarifləri nəzərdən keçirir

Donald Tramp Kanadaya 35 faizlik rüsum tətbiq edir və başqa ölkələrə 15 20 faizlik tarifləri nəzərdən keçirir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 11 iyul, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp cümə axşamı günü Kanadaya tarif hücumunu gücləndirib. O, Birləşmiş Ştatların gələn ay idxala 35 faizlik tarif tətbiq edəcəyini və əksər digər ticarət tərəfdaşlarına 15 və ya 20 faizlik geniş əsaslı tariflər tətbiq etməyi planlaşdırdığını bildirib.

AZƏRTAC xəbər verir ki, Tramp özünün sosial media platformasında yazdığı məktubda Kanadanın Baş naziri Mark Karniyə yeni tarifin avqustun 1-dən qüvvəyə minəcəyini və qonşu ölkənin cavab tədbirləri görəcəyi təqdirdə bu rəqəmin artırılacağını qeyd edib.

“Reuters” xəbər verir ki, Mark Karni cümə axşamı “X” sosial platformasında paylaşımında bildirib ki, onun hökuməti son tarix yaxınlaşdıqca ABŞ ilə danışıqlarda kanadalı işçilərin və müəssisələrin mənafelərini qorumağa davam edəcək.

Bildirilir ki, 35 faizlik rüsum Trampın Kanadaya tətbiq etdiyi indiki 25%-lik tarifdən artıqdır və Vaşinqtonla ticarət sazişi bağlamağa çalışan Karniyə vurulan zərbədir.

ABŞ-Meksika-Kanada Müqaviləsinin (USMCA) əhatə etdiyi mallar üçün istisnanın qüvvədə qalacağı, enerji və gübrələrə tətbiq edilən 10 faizlik tariflərin də davam edəcəyi gözlənilir, baxmayaraq ki, Tramp bu məsələlərlə bağlı hələ yekun qərar verməyib. Bu barədə ABŞ administrasiyasının rəsmisi bildirib.

Trampın məktubunda Kanadadan gələn fentanil axını və Amerika südçülərinə zərər verən tarif və qeyri-tarif ticarət maneələrindən narazılıq ifadə edilib. O, ticarət kəsirinin ABŞ iqtisadiyyatı və milli təhlükəsizliyi üçün təhdid olduğunu bildirib.

Donald Tramp yazıb: “Əgər Kanada fentanil axınının qarşısını almaq üçün mənimlə əməkdaşlıq edərsə, biz bu məktubu dəyişdirmək barədə düşünə bilərik”.

Kanada rəsmiləri deyirlər ki, ABŞ-a az miqdarda fentanil Kanadadan gəlir, lakin onlar sərhədi qorumaq üçün müvafiq addımlar atıblar.

Donald Tramp son günlər ticarət müharibəsini genişləndirib, müttəfiqləri Yaponiya və Cənubi Koreya da daxil olmaqla bir sıra ölkələrə yeni tariflər, həmçinin misə 50 faizlik rüsum tətbiq edib. Onun son çıxışı investorları bir daha çaşdırıb. Asiya bazarlarında ABŞ və Avropa fond fyuçersləri cümə günü aşağı həddə düşüb, çünki bazarlar ABŞ Prezidentinin cümə günündən sonra Avropa İttifaqına hansı tarifləri tətbiq edəcəyi barədə məlumatı əsəbi şəkildə gözləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyul 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see290

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see249

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see232

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see192

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see140

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see140

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see129

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Flik: “Belə bir “Çelsi”yə qarşı on nəfərlə oynamaq asan deyil”

26 Noyabr 2025 03:08see122

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see122

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see122

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see121

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri