Donald Tramp: Tezliklə İrana daha güclü zərbələr endiriləcək
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatı əhəmiyyətli dərəcədə gücləndirmək niyyətində olduğunu bəyan edərək ən böyük zərbə dalğasının tezliklə həyata keçiriləcəyini bildirib.
Moderator.az xəbər verir ki, Ağ Ev rəhbəri bunu CNN-ə açıqlayıb.
"Biz onların arasında xaos yaradırıq və bu, çox yaxşı gedir. İrana güclü zərbə endirəcəyik. Əməliyyat çox yaxşı gedir", - Tramp deyib.
O əlavə edib ki, əməliyyatın ən genişmiqyaslı mərhələsi hələ başlamayıb: "Biz hələ ciddi zərbələr endirməyə başlamamışıq. Böyük dalğa hələ başlamayıb, amma tezliklə başlayacaq".
Tramp həmçinin bəyan edib ki, ABŞ regionda uzunmüddətli münaqişədə maraqlı deyil.
"Mən düşünürdüm ki, bu, dörd həftə çəkəcək və biz qrafikdən bir az qabağıq", - o vurğulayıb.
O ki qaldı jurnalistin İran xalqına ABŞ-nin hərbi əməliyyatdan başqa hansı yardımı etməsi barədə suala Tramp əlavə dəstəyin də verildiyini deyib:
"Bəli, belədir. Lakin hazırda biz istəyirik ki, hamı evdə qalsın. Küçə də təhlükəsiz deyil. Vəziyyət daha da təhlükəsiz olmağa başlayacaq", - o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 02 Mart 2026 20:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















