Dondurma, yoxsa dondurulmuş yoqurt: Hansısı şəkəri daha az artırır?
Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qan şəkərinin sabit saxlanılması həm diabeti olan, həm də ümumi sağlamlığına diqqət edən insanlar üçün vacibdir. Bu baxımdan dondurma ilə dondurulmuş yoqurt arasında seçim edərkən məhsulun tərkibindəki şəkər, yağ və zülal miqdarına diqqət yetirmək tövsiyə olunur.
Demokrat.az xəbər verir ki, bu barədə "EatingWell" yazıb.
Dondurulmuş yoqurt
Məqalədə qeyd olunur ki, yarım stəkan vanilli dondurulmuş yoqurtun tərkibində təxminən 17 qram şəkər, 3 qram zülal və 4 qram yağ olur.
Dondurulmuş yoqurtun yağ miqdarı az olsa da, bəzi məhsullarda əlavə şəkərin miqdarı dondurmadan heç də az deyil, hətta daha çox ola bilər. Mütəxəssislər bildirirlər ki, şəkər yoqurtun təbii turş dadını balanslaşdırmaq və az yağlı məhsulun dadını yaxşılaşdırmaq üçün əlavə edilir.
Qan şəkərinin daha sabit qalması üçün dondurulmuş yoqurtu qoz-fındıq və giləmeyvə ilə birlikdə yemək məsləhət görülür. Bu məhsullar əlavə zülal, faydalı yağlar və lif təmin edir.
Bəs dondurma?
Yarım stəkan dondurmanın tərkibində orta hesabla 14 qram şəkər və 7 qram yağ olur. Yəni dondurulmuş yoqurtla müqayisədə 3 qram daha az şəkər, 3 qram daha çox yağ ehtiva edir.
Maraqlıdır ki, daha yüksək yağ miqdarı dondurmanın qan şəkərinə təsirini müəyyən qədər dəyişə bilər. Yağ mədənin boşalmasını və şəkərin qana sorulmasını yavaşlatdığından, tam yağlı dondurma bəzi hallarda az yağlı, lakin daha çox şəkərli dondurulmuş yoqurtdan daha yavaş və mülayim qlükoza artımına səbəb ola bilər.
Hansını seçmək daha yaxşıdır?
Dietoloqların fikrincə, qan şəkərinin səviyyəsinə təsir baxımından adi dondurmanın bəzi dondurulmuş yoqurt növlərinə nisbətən kiçik üstünlüyü ola bilər. Xüsusilə az yağlı, lakin əlavə şəkəri yüksək olan dondurulmuş yoqurt qan şəkərini daha sürətlə yüksəldə bilər.
Bununla belə, bu, dondurmanın sağlam qida olduğu anlamına gəlmir. Əsas məsələ porsiyanın ölçüsünə və məhsulun tərkibindəki əlavə şəkərin miqdarına diqqət etməkdir.
Mütəxəssislər həmçinin vurğulayırlar ki, desert seçərkən yalnız "hansı daha faydalıdır?" sualına fokuslanmaq düzgün deyil. Sevilən deserti kiçik porsiyada və balanslı qidalanmanın bir hissəsi kimi istehlak etmək daha məqsədəuyğundur.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Dondurulmuş yoqurt, yoxsa dondurma: Hansı daha sağlam seçimdir?
26 İyul 2026 01:29
Bu tərəvəz qanda şəkəri artırır, EHTİYATLI OLUN!
20 Dekabr 2024 15:57
Ev almaq və ya tikmək: hansısı daha əlverişlidir? Ekspertdən RƏY
25 Avqust 2025 14:32
Azərbaycanda az içilir Qanda şəkəri nizamlayır
07 Mart 2026 06:09
Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansısı doğrudur?
01 Oktyabr 2025 20:55
Baxış sayı:168
Bu xəbər 24 Avqust 2026 12:25 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları