Donlad Trampın qızını öldürmək istəyirmişlər İDDİA
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Türkiyədə həbs olunaraq ABŞ-a ekstradisiya edilən şəxs ABŞ Prezidenti Donlad Trampın qızı İvanka Trampa qarşı sui-qəsd planı hazırlayıb.
“Yeni Sabah” xəbər verir ki, bunu “New York Post” yazıb.
Məlumata görə, İranla (İslam İnqilabı Keçikçilər Korpusu -SEPAH) əlaqəli olduğu iddia edilən bu şəxs 2020-ci ildə Qasım Süleymaninin öldürülməsinə cavab olaraq Donald Trampın qızı İvanka Trampa qarşı sui-qəsd planı hazırlayıb. Dördpendirli pizza
“New York Post” yazır ki, 32 yaşlı iraqlı Məhəmməd Baqir Saad Davud əl-Saadi İvanka Trampı öldürməyə and içib və onun Florida ştatındakı evinin planını əldə edib.
Məlumata əsasən, şübhəli şəxs Süleymaninin ölümündən sonra Tramp ailəsini hədəfə alaraq intiqam almağı planlaşdırıb.
Xəbərdə qeyd olunur ki, əl-Saadi 15 may tarixində Türkiyədə saxlanılıb və daha sonra ABŞ-a təhvil verilib.
O, ABŞ və Avropada bir sıra hücum və hücum cəhdlərində iştirakda ittiham olunur. ABŞ tərəfi və şübhəlinin vəkili məsələ ilə bağlı mediaya şərh verməyib.
Hazırda o, Bruklindəki həbsxanada təkadamlıq kamerada saxlanılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 23 May 2026 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















