Icma.az
close
up
RU
Donnarumma ilə Kolo Muani Parisi

Donnarumma ilə Kolo Muani Parisi

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nəhayət, Canluici Donnarummanın gələcəyi ilə bağlı söz-söhbətə son qoyulub. Onun “Mançester Siti”yə keçidi rəsmən açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, PSJ-nin qapıçısı karyerasını İngiltərə premyer-liqasında davam etdirəcək. İtaliyalı futbolçu artıq MS-nin üzvü sayılır.
Məşhur jurnalist Fabritsio Romanonun sosial şəbəkələrdə yaydığı məlumata görə, transferin məbləği 39 milyon avro təşkil edib. Bir müddət əvvəllər mediada Donnarummanın “Siti”də bonuslarla birlikdə ilə 15 milyon avroya qədər maaş ala biləcəyi iddia edilmişdi. Onun yeni klubu ilə bağladığı müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.
Canluici PSJ-yə 2021-ci ilin yayında “Milan”dan azad agent statusu ilə keçmişdi. Fransa klubu ilə müqaviləsinin müddəti bir ildən sonra başa çatacaqdı. Bir neçə həftə əvvəl tərəflər arasında aparılan danışıqlarda müqavilənin müddətinin uzatmaqla bağl razılıq əldə olunmadığı açıqlanmışdı.
Yeri gəlmişkən, Donnarumma ötən mövsüm bütün turnirlərdə 47 oyunda iştirak edib və 17 matçda qapısını toxunulmaz saxlayıb.
PSJ Arnau Tenası da satıb. 24 yaşlı qapıçı “Vilyarreal”a keçib. Onun yeni klubu ilə imzaladığı müqavilənin müddəti 2029-cu ilin yayına qədərdi. Daha əvvəl Tenasın transfer qiymətinin 2,5 milyon avro olacağı bildirilmişdi.
PSJ-ni Randal Kolo-Muani də tərk edib. O, karyerasını İngiltərə premyer-liqasında davam etdirəcək. Bu barədə Fabritsio Romano məlumat yayıb. Məşhur insayder “Tottenhem”in hücumçunu gələn ilin iyununa qədər PSJ- dən icarəyə götürdüyünü bildirib.
Qeyd edək ki, bir neçə həftə əvvəl PSJ-nin baş məşqçisi Luis Enrike Kolo-Muanini əvəzedici komandaya göndərmişdi. Randal ötən mövsümün ikinci yarısını icarə əsasında “Yuventus”da keçirib, A seriyasında 16 oyuna 8 qol vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Sentyabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri