Icma.az
close
up
RU
Donor luq maskası altında ticarət: Yumurta satan həkimlərin işbirliyi, QANUN HARADADIR?

Donor luq maskası altında ticarət: Yumurta satan həkimlərin işbirliyi, QANUN HARADADIR?

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sosial şəbəkələrdə “follikul donoru axtarılır” elanlarına rast gəlmək adi hala çevrilib. 

Bəs bu elanın arxasında dayanan reallıq nə qədər “normal” və hüquqi əsaslara söykənir?

300-500 manat müqabilində qadınlardan toplanan follikullar 5-10 min manat aralığında övladı olmayan şəxslərə satılır. İnsanın genetik materialı, sözün əsl mənasında, bazar malına çevrilir. 

Bu elanlar isə əksər hallarda tibbi qurumlardan və rəsmi icazələrdən kənar həyata keçirilir. Hətta bəzi mama-ginekoloqların bu prosesdə vasitəçi və ya bilavasitə iştirakçı olması da ciddi narahatlıq doğurur. Tibbi etikaya və insan hüquqlarına zidd olan bu halların nəzarətsiz qalması isə gələcəkdə daha böyük fəsadlara yol aça bilir.

Follikullarını satan qadınların əksəriyyəti maddi sıxıntı içində olan, hüquqi boşluqları və riskləri anlamayan insanlardır. Onların bədənindən alınan follikulların gələcəkdə kimə və necə köçürüləcəyi isə tamamilə qeyri-müəyyən və qeydiyyatsız şəkildə həyata keçirilir…

Lent.az xəbər verir ki, follikullarını satan şəxslərdən birinin sözlərinə görə, həkimlər ondan follikullarını aldıqdan sonra razılaşdıqları məbləği veribləyiblər:

“Tanınmış ginekoloqlardan biri süni iynələrlə follikullarımı normadan artıq şişirdib, bir neçə gün sonra “narkoz”la istədiklərini əldə etdilər. Sonda pulumu istəyəndə isə, mənə sərt reaksiya göstərdilər.

Mənim pula ehtiyacım olduğu üçün belə bir addım atdım. Həm əməliyyatla bədənimizi yaralayırlar, həm də haqqımızı tapdalayırlar”,-deyə zərərçəkmiş bildirib.

Sosial şəbəkə üzərindən follikul satışı ilə məşğul olan səhifələrdən birinə “Öz follikullarımızı satmaq istədiyimizi, pula ehtiyacımız olduğunu və bu barədə ətraflı məlumat vermələrini istədik”. 

Bizdən yaş, çəki və övladımızın olub-olmadığı, eləcə də öncədən donor olmağımızla bağlı məlumat aldıqdan sonra bu əməlləri ilə bağlı məlumat verməyə başladılar.

“Əvvəlcə sizin follikullarınıza ulturasəs müayinəsi ilə baxış keçiriləək. Əgər hər şey qaydasındadırsa, həkim 10 günlük iynələrlə onlar yetişdirdib, partlamasının qarşısını alacaq. 10-cu günün tamamında 10 dəqiqə ərzində cuzi narkoz verərək, şprislə follikullar sizdən götürüləcək. 

Bu follikullar hamilə qala bilməyən qadınlara köçürülür. Ümumi 500 manat dəyərində siz follikullarınızı başqasına ötürürsünüz”,-deyə bildirildi.

Sual verdik ki, bəs hansı klinikada və hansı həkimlər tərəfindən icra olunacaq? 

Bildirildi ki, bu, dəyişkən olur. 

“Bəs keçək əsas məsələyə, ödənişi nə zaman təhvil alacayıq?”,- Sualına isə əməliyyatın səhərsi kassaya yaxınlaşaraq ödənişinizi alacaqsınız, deyildi.

Görürən odur ki, Azərbaycanda qohum evliliyinə məhdudiyyətlər qoyulması üçün qanunlar qəbul edilir. Amma bu qədər ciddi genetik nəticələrə səbəb ola biləcək follikul alveri ilə bağlı hələ ki, ortada heç bir konkret qanun yoxdur. Bu isə gələcəkdə bacı-qardaş evliliyi, naməlum genetik xəstəlik daşıyıcılığı və irsi xəstəliklərin yayılması riskini artırır. Çünki burada nə donorun, nə də ondan istifadə edən tərəfin məlumatları vahid bazada toplanmır. Sistemli nəzarət olmadığı üçün bir qadının onlarla ailəyə genetik ana olması mümkündür.

Bu da o deməkdir ki, eyni genetik materialdan gələcəkdə heç tanımadan evlənən şəxslərin sayı arta bilər. Bunun nəticəsində isə genetik mutasiyalar, xəstəliklər və travmalarla dolu nəsillər formalaşa bilər…

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumatda qeyd olunur ki, hazırda Azərbaycanda follikul (yumurta hüceyrəsi) donorluğunu tənzimləyən xüsusi qanunvericilik mövcud deyil:

“Ölkədə orqan və toxumaların transplantasiyası ilə bağlı ümumi hüquqi çərçivə olsa da, bu normativ sənədlərdə follikul donorluğuna dair konkret müddəalar əksini tapmayıb.

Hazırda bu proses hüquqi baxımdan qeyri-müəyyən vəziyyətdə olduğundan, belə hallarla qarşılaşan şəxslərin mütləq şəkildə hüquqi məsləhət alması tövsiyə olunur”,-deyə qeyd olundu.

Məsələnin etik tərəfi də, ən az tibbi tərəfi qədər vəhşətlidir.

 Təsəvvür edin bir qadın genetik olaraq anadır, amma heç vaxt tanımayacağı uşaqları var… Bu hal nə qədər etik və insani dəyərlərlə uzlaşır?

Qanunvericilikdə boşluq, tibbi nəzarətsizlik və maarifləndirmənin yoxluğu bu problemiu gündən-günə dərinləşirdirir. İnsanın bədənindən, xüsusən də genetik materialından bu cür rahatlıqla istifadə edilməsi gələcək nəsillər üçün real təhdiddir. 
 

Mövzuya yenə qayıdacağıq. Bu istiqamətdə araşdırmalarımız davam edir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 May 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri